Türkan Şoray qızına görə bu addımı atdı -

Yağmur Ünal anasının 500 min funt-sterlinqə Londonda aldığı evə yerləşmək üçün Türkan Şoraydan yardım istəyib.
42-CiParalel.Az istinadən xəbər verir ki, Türkan Şoray qızının bu istəyinə görə bacısı Nazan Şorayla birgə təcili Londona gedib.
Xatırladaq ki, Türkan Şorayın baş rolda qızını çəkdiyi "Uzaqlarda axtarma" adlı filmi uğursuzluqla qarşılanmış və xeyli ziyana düşmüşdü. Türk kinosunun sultanı ziyanı ödəmək üçün malikanəsini satıb borclarını ödəyib. Sonra özünə İstanbulda, qızı Yağmura isə Londonda mənzil alıb.