Xalq artistinin vəziyyəti pisləşib

{title

42-ciparalel.az
 
Azərbaycanın xalq artisti İlhamə Quliyevanınsəhhəti pisləşib. 

Sənətkar səhhətində yaranan ciddi problemlərə görə tez bir zamanda xəstəxanaya müraciət edəcəyini deyir:

"Vəziyyətim çox pisdir, özümü heç yaxşı hiss etmirəm. Dizimə qədər çiban yaraları çıxıb. Görünür, bir vaxtlar mənim köməkçimin mənə verdiyi çoxlu psixotrop dərmanların təsiridir. Probelemlər indi üzə çıxmağa başlayıb", - deyə xalq artisti bildirib.

İlhamə Quliyeva noyabrın 2-də Mərkəzi Neftçilər Xəstəxanasında yoxlama xarakterli müayinədən keçəcəyini və qan analizi verəcəyini söylədi.

Azərbaycanın görkəmli sənətçisinin bir müddət bundan əvvəl ürək əməliyyatı keçirdikdən sonra damarlarımda problem yaranmışdır. Bununla əlaqədər olaraq, o, Türkiyədə ayağından əməliyyat olunub. 


Aygün Kazımova və İlhamə Quliyeva ürək əməliyyatından sonra 


Ona psixotrop maddələrin verilməsinə gəldikdə isə, bir neçə gün bundan öncə müğənni İlhamə Quliyeva bildirib ki, il yarımdır evində işləyən Mehriban Hüseynova zinət əşyalarını, geyimlərini, pulunu oğurlayıb: "Məni zəhərləməyə çalışıb, psixotrop maddələr verərək xəstələndirib” - deyə müğənni vurğulamışdı.


Mehriban Hüseynova - İlhamə Quliyevanın köməkçisi


Xalq artisti köməkçisini dələduzluqda da ittiham edib: "O, saxta vəsiyyətnamə hazırlayıb. Evimdən 5500 manat pul oğurlayıb fırıldaqçılara verib ki, mənim imzamı sənədə həkk etsinlər. Həmin sənədə görə, guya mən öləndən sonra bütün mülkiyyətim, ev-eşiyim, pulum o qadına qalmalıdır.”

Müğənni bununla bağlı əlində dəlil və sübutların, videogörüntülərin, səs yazılarının olduğunu deyərək, hətta köməkçisi ilə bağlı bir görüntünü mətbuata təqdim də etmişdi. Bir neçə gün sonra isə Mehriban Hüseynova Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

İlhamə Quliyeva - Azərbaycanın və Dağıstanın xalq artistidir. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinibitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə qastrol səfərlərdə olub. Ailəlidir, bir oğlu var.