Gülay həyat yoldaşının ona şiddət göstərməsi iddiaların reaksiya verdi

{title

Xanəndə Gülay Zeynallı həyat yoldaşı, idmançı Kamil Zeynalovdan şiddət görməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.

 

42-ciparalel.az xəbər verir ki, musavat.com saytına açıqlama verən sənətçi bildirib ki, bu məlumatlar əsassızdır: "Mənim şiddət gördüyümü kim deyir? Belə hadisə heç vaxt olmayıb. Hamısı şayiədir. Hər ailədə söz-söhbət olur. Heç kim deyə bilməz ki, onun ailəsində mübahisə düşmür. Kamildən heç vaxt şiddət görməmişəm. Hansı zəmanədə yaşayırıq? Mənim həyat yoldaşım mənə elə davranmaz. Biz bir-birimizi başa düşürük, fikirlərimiz hörmətlə yanaşırıq. Ailədə güzəştə getmək lazımdır”. Qeyd edək ki, Kamil-Gülay cütlüyü 2010-cu ilin noyabr ayında ailə qurub. Onların Sahilə adlı bir qızı var.

 

42-cipralel.az