Leonardo Di Kaprio nüfuzlu mükafata sahib oldu

{title

Hollivud aktyoru Amerika kinoaktyorlar gildiyasının mükafatına layiq görülüb.

 Hollivud aktyoru Leonardo Di Kaprio Amerika kinoaktyorlar gildiyasının mükafatına layiq görülüb.

42-ciparalel.az-ın məlumatına görə, Di Kaprio bu mükafata "Sağ qalmış” filmindəki ən yaxşı kişi rolu nominasiyasında layiq görülüb. Bu nominasiyada onun rəqibləri Conni DeppMaykl FassbenderEddi Reydmen və Brayan Krenston olublar. Daha əvvəl akyor həmçinin ən yaxşı dramatik kişi roluna görə "Qızıl Qlobus” və ABŞ kino tənqidçilərinin Critics' Choice premiyasını alıb.  Aktyorun namizədliyi həmçinin "Oskar” mükafatına irəli sürülüb. Di Kaprionun bu mükafatı alıb-almayacağı fevralın 28-də bilinəcək.  Amerika kinoaktyorlar gildiyasının mükafatına layiq görülən digər aktyorlara gəldikdə isə bunlar "Otaq” filmində ən yaxşı aktrisa nominasiyasında Bri Larson, "Danimarkalı qız” filmində ən yaxşı ikinci plan aktrisası nominasiyasında Alisiya Vikander, "Köksüz heyvanlar” filmində isə ən yaxşı ikinci plan aktyoru nominasiyasında İdris Elba qalib gəlib. "Diqqət mərkəzində” filminin aktyorları ən yaxşı aktyor heyəti adına layiq görülüb. 

42-ciparalel.az