Xoşqədəm hamiləliyindən danışdı

{title

"Bu xəbər bizim tərəfimizdən yayılmayıbsa, təsdiqlənməyibsə deməli biz istəmirik"
 
Müğənni Doğuş ata olacaq. Onun oğlan övladı dünyaya gələcək. 42-ciparalel.az-ın məlumatına görə, bu barədə məlumatı Türkiyə mətbuatı yayaıb. Türkiyə mətbuatı ifaçının azərbaycanlı həyat yoldaşı aparıcı Xoşqədəm Hidayətqızının hamilə olması barədə xəbər yayıb.42-ciparalel.az-ın məlumatına görə, "Doğuş ata olacaq" başlıqlı xəbər bu gün bir neçə tanınmış türk qəzetində yer alıb. Mənbənin məlumatına görə, Doğuş sosial şəbəkədə şəkil paylaşaraq bu barədə özü elan edib. 


Mənbənin istinad etdiyi şəkil 
Lakin tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı "İnstaqram” səhifəsində məlumatı nə təsdiq, nə də təkzib edib. "Əziz dostlar, həftələrdir bəzi saytlar dedi-qodular əsasında haqqımda biz istəmədən xəbər yazır. Hətta türk mətbuatında belə yazılan, amma bizim təstiqləmədiyimiz məlumatı istədikləri şəkilə salıb, xəbərə çevirirlər. Anlayıram mənimlə bağlı xəbər sizin oxucularınızın sayın artıra bilər. Amma bu xəbər bizim tərəfimizdən yayılmayıbsa, təsdiqlənməyibsə deməli biz istəmirik və bizə sayqı göstərmək lazımdır. Həftələrdir eyni xəbəri yaymaqdan yorulmadız?? Məğər bu ölkədə xəbər ediləcək nəsə yoxdur??? Yetər artıq! Mənimlə, ailəmlə bağlı nəsə yazmağınızı istəmirəm". 


Xoşqədəm Hidayətqızının "İnstaqram" səhifəsi 
X.Hidayətqızı qeyd edib ki, lazım olsa çalışdığı televiziyanın efiri və ya ona aid olan saytdan (red.anspress.com) nəsə deyə bilər. Aparıcı bəzi kin-küdürətlə dolu insanlara isə bir sözü olduğunu qeyd edib: "Allah sizə hidayət etsin!!!” Bu arada həmin dedi qoduları qəzətində, saytında işıqlandırmayan bizə sayğıyla yanaşan həmkarlarıma öz dərin təşəkkürümü bildirirəm”. 
Müğənni Doğuş aparıcı Xoşqədəm Hidayətqızı ilə 2014-cü ildə evlənib. Toy mərasimi həm İstanbulda, həm də Bakıda həyata keçirilib. X. Hidayətqızı 2011-ci ildən televiziyada fəaliyyətə başlayıb. ANS TV-də "Xoşqədəmlə axtarıram səni" və "Sən tək deyilsən" verlişlərinin aparıcısı olub. Hazırda "Deməsək olmaz" verilişinin aparıcısdır.


Xoşqədəm Hidayətqızının toy şəkli 
2005-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə mətbuatın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
 
42-ciparalel.az