"Mister Bin" evlənir

60 yaşlı aktyor 32 yaşlı sevgilisi ilə birlikdə yaşayır.
60 yaşlı aktyor Roven Atkinson özündən 28 yaş kiçik aktrisa ilə ailə qurmaq qərarına gəlib.
42-ciparalel.az-ın məlumatına görə, aktyorun ailə qurmağa hazırlaşdığı gənc aktrisa 32 yaşlı Luiza Forddur. Roven Atkinson müsahibələri zamanı hər zaman qeyd edib ki, xaraktercə onu insanlara sevdirən "Mister Bin" obrazı demək olar ki, onun özünə bənzəyir. Aktyor iddia edir ki, o, da həyatını kədərli, tənha, subay şəkildə bitirə bilər.Amma bəzən hər şey əksinə də olur. Belə ki, aktyorun dostlarının dediyinə görə, o, hal-hazırda sevgili olduğu Luiza ilə evlilik yolunda addımlar atmaq fikrindədir. Atkinson yeni sevgilisi ilə nişan, daha sonra isə toy etmək niyyətidədir.

Roven Atkinson və Luiza Ford
Roven və Luiza 2012-ci il, London teatrlarından birində eyni tamaşa oynayarkən tanış olublar. Həmin vaxtdan sevgi münasibəti yaşayan cütlük münasibətlərini iki il gizli saxlayıblar. Buna səbəb isə Roven Atkinsonun evli olması olub. O, Luiza ilə sevgi yaşadığını həyat yoldaşı Sunetra Sastri ilə 24 illik evliliyini başa vurduqdan sonra mediayaya bildirib.Roven Atkinson Sunetra ilə 80-ci illərdə tanış olub. O zaman Sunetra qrimçi işləyirdi və hər dəfə aktyor səhnəyə çıxmamışdan öncə onu qrimləyirdi. Cütlüyün bu evlilikdən iki övladı var. Oğlunun 22, qızının isə 20 yaşı olan aktyor ötən ilin noyabrında rəsmi olaraq, həyat yoldaşından ayrılıb. Subay olan "Mister Bin" indi yeni ailə həyatı qurmaq haqqında düşünür.

Roven Atkinson və Sunetra Sastri
Maraqlıdır ki, boşanmadan sonra mülk bölünərkən, Sunetraya Londonda yerləşən 21 milyon funt dəyərində villa, Atkinsona isə 4,65 milyon funt dəyərində kottec verilib. Hazırda Roven Atkinson və Luiza Ford həmin kottecdə yaşayır.
42-ciparalel.az