Azəri qızı Günelin ailəsində ağır itki baş verib (FOTO)

42-ciparalel.az
Azərbaycanlı müğənninin nənəsi dünyasını dəyişib.
Türkiyənin sevilib seçilən müğənnilərindən olan Azəri qızı Günelin ailəsində ağır itki baş verib.
Azərbaycanlı müğənnin nənəsi Zərifə Sultan dünyasını dəyişib. İfaçı bu barədə "İnstaqram” hesabında paylaşıb.
"Nənəm, sən mənim sırdaşım, sən mənə hər şeyi danışan,adət-ənənəni başa salan, hətta Ağdamda olan hadisələrdən danışan bunları bil deyərdin…sən nəvələrim arasında səninlə fəxr edirəm deyən, xəbərlərim qəzetdə çıxan zaman qaçıb qəzəti alıb saxlayan… gecə 4-də mənə ürəyim istədi deyə ən sevdiyim kartof qızartması pişirən..Səhərə qədər söhbətlər etdiyim nənəm, mən səni çox sevirəm! Nur içində yat nurlu nənəm. Sən bizim birdənəmizdin. Sənin üçün çox darıxacayıq”
