“Hazırlanmış bir piar idi...” - Vəfa erotik epizodundan danışdı

Əməkdar artist Vəfa Zeynalova "Stop” verilişin qonağı olub. 42-ciparalel.az-ın məlumatına görə, aktrisa səs-küyə səbəb olan, tənqid atəşinə tutulan "İlahi məxluq” filmindəki obrazından danışıb. Vəfa Zeynalova bunun hazırlanmış bir piar olduğunu vurğulayıb: "Məni qarşı qara təbliğat aparıldığını düşünmürəm. Hazırlanmış bir piar idi. Bu piar filmdən çox mənim başımda çatladı. Həmin səhnə lentə alınan zaman çəkiliş məkanında heç kəs yox idi. Rejissor belə təklif irəli sürmüşdü ki, mən sıxılmayım. Bu səhnə "immitasiya” idi, reallıq yoxuydu. Hətta o səhnədə Nurəddin Mehdixanlının özü də olmayıb. Kamera Nurəddin müəllimin sifətini ayrıca çəkmişdi. Çəkiliş zamanı sadəcə uşaq və mən olmuşam”. Qeyd edək ki, əməkdar artist "İlahi məxluq” filmində oynadığı erotik epizodlara görə sosial şəbəkələrdə tənqiq atəşinə tutulmuşdu. 42-ciparalel.az