Məşhur türk aparıcı boşanır

Acun Ilıcalı 13 illik həyat yoldaşından ayrılmaq üçün ərizə ilə məhkəməyə müraciət edib.
Türkiyə mediasının ən tanınmış simalarından biri, baxımlı layihələrin sahibi olan biznesmen, prodüser Acun Ilıcalı boşanır.
42-ciparalel.az-ın məlumatına görə, Türkiyədə bir sıra televiziya verilişlərinin aparıcısı olan Acun 13 illik həyat yoldaşı Zeynəb Ilıcalı ilə boşanmaq qərarına gəlib. Onların uzun müddətdir ayrı yaşadığı deyilir. Zeynəbdən iki qız övladı olan Acunun vəkili boşanma ərizəsini dünən Çağlayan Ədliyyəsinə verib. Cütlüyün nəyə görə belə bir addım atması haqqında heç bir məlumat verilmir.
Lakin uzun müddətdir ailədaxili problemi olan cütlüyün evliliyinin təməlinin sarsılmasına xəyanətin səbəb olduğu iddia edilir.
Acun Ilıcalı türk televiziya prodüseri və aparıcısı, "Acun Medya"nın yaradıcısı və sahibidir. Onun Tv-8 kanalı ötən il fəaliyyətə başlayıb.
O, 1969-cu ildə Ərzurumun Ilıca mahalında anadan olub. İlk dəfə 19 yaşında ailə qurub. Banu adında qızı dünyaya gəlib. 20 yaşında ikən - qızı anadan olduqdan 9 ay sonra ailəsindən ayrılıb.

Acun və qızı
Acun Ilıcalı Zeynəblə 2003-cü ildə ailə qurub. İkinci evliliyindən Leyla və Yasəmin adında qızları var.
İlk biznesinə 1995-ci ildə balaca mağaza açmaqla başlayıb. Daha sonra müflis olub. Bir dostu vasitəsilə "Beşiktaş"ın müxbiri işləyir. Daha sonra Şansal Büyükanın komandasına transfer olub və 105-dən çox ölkə gəzib. 2005-ci ildə "Acun Medya"nı qurub. Bir sıra televiziya layihələrinə aparıcılıq edib. O cümlədən, Azərbaycanda da böyük maraqla izlənən "O səs Türkiye", "Yetenek sizsiniz" kimi yarışların layihə rəhbəri, aparıcısıdır.

Zeynəb Ilıcalı və qızı Leyla

42-ciparalel.az