İlqar Xəyal Röya haqda danışdı

Müğənni İlqar Xəyal əməkdar artist Röya Ayxan, ifaçılar Azad Şabanov və Samir Cavadzadə haqqında açıqlama verib
Sənətçi "ATV maqazin onlarla" verilişində hər üç ifaçının sənətdə öz yerini tapmadığını deyib:
"Gənc müğənnilər arasında istedadlıları var. Sadəcə, onlar hələ öz yollarını, özlərini tapmayıblar. Hətta ad da çəkərəm. Azad Şabanov istedadlıdır. Samir Cavadzadə mənə nisbətən gənc müğənnidir. Röya Ayxanın özü... Heç biri hələ özünü tapmayıb". İ.Xəyal aranjimançıları da qınayıb. O, mahnı yazdırmağın baha başa gəldiyindən şikayətlənib. "Aranjimançılar da ciddi problemdir. Aranjimanı 2-3 minə edirlər. Ona görə də yeni mahnı yazdırmağa imkan olmur. Vəziyyət pisdir. Aranjimanın qiyməti 500 manat olsaydı, gündə bir mahnı yazdırardım. Musiqiçiləri bir araya gətirmək də çətindir. Hamısı ayrılıqda pul istəyir. Studiyada çalışmaq 150, adi səs yazdırmaq 30-50 manatdır. Beləcə, 1 mahnı 3 min manatdan baha başa gəlir".
42-ciparalel.az