Xoşqədəmin həyat yoldaşı prezidentlə görüşdü (FOTO)

{title

İfaçı prezidentə yeni albomunu hədiyyə edib.
 
Türkiyənin tanınmış ifaçısı Doğuş Rəcəb Tayyib Ərdoğana albom hədiyyə edib. 
42-ciparalel.az-ın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya yola düşən zaman hava limanına Doğuşu dəvət edib. 
İfaçı prezidenti çox sevdiyini deyib: 
"Onu çox sevirəm. O, dünya lideridir, bizim hər şeyimizdir”. 
Doğuş yeni albomu "Aklında bulunsun”u Rəcəb Tayyib Ərdoğana hədiyyə edib. Prezident ifaçının hədiyyəsini qəbul edərək "Albomun xeyirli olsun, ona qulaq asacağam” deyib. 


Rəcəb Tayyib Ərdoğan və Doğuş 
Müğənninin karyerası ərzində 18-ci albomu olan "Aklında bulunsun”da 11 mahnı yer alır. O, albomunda qaradənizli olan Ərdoğana da mahnı həsr edib. 
Doğuş aparıcı Xoşqədəm Hidayətqızı ilə 2014-cü ildə evlənib. Toy mərasimi Bakıda həyata keçirilib. Xoşqədəm Hidayət qızı 2011-ci ildən televiziyada fəaliyyətə başlayıb. ANS TV–də "Xoşqədəmlə axtarıram səni "və "Sən tək deyilsən" verlişlərinin aparıcısı olub. Hazırda "Deməsək olmaz" verilişinin aparıcısdır.
Sosial şəbəkədə aktiv olan cütlük bir-birinə sevgi dolu statuslar yazır. 


Doğuşun "İnstaqram" səhifəsi 
2005-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə mətbuatın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
 
42-ciparalel.az