Məşhur aktyor xəstəxanaya çatdırılıb

Hələki, həkimlər aktyorun son vəziyyəti haqqında heç bir açıqlama verməyib.
Türkiyənin məşhur serialı "Paramparça”nın baş rol ifaçısı aktyor Erkan Petekkaya təcili olaraq xəstəxanaya aparılıb. 42-ciparalel.az-ın məlumatına görə, uzun müddətdir böyrəklərindəki ağrılardan şikayətlənən aktyor şiddətli ağrılarla xəstəxanaya çatdırılaraq əməliyyat edilib. Hələ ki, həkimlər aktyorun son vəziyyəti haqqında heç bir açıqlama verməyib.
"Paramparça”serialının heyyəti.
Türkiyənin ən reytinqli seriallarından biri olan "Paramparça” serialında baş rolu canlandıran 45 yaşlı aktyor "Güzel günler, "Aynalı Tahir, "Səssiz fırtına”, "Son bahar”, "Öylə bir geçər zaman ki” seralları ilə məşhurlaşıb.
Rol aldığı "Paramparça” serialda bir sıra qalmaqallar yaşayan aktyorun, son olaraq birlikdə çəkildiyi aktrisa Nurgül Yeşilçayla yaşadığı qalmaqalı səs-küyə səbəb olub.
Belə ki, ssenariyə görə Nurgül Yeşilçay və Erkan Petekkaya dodaq-dodağa öpüşmək məcburiyyətində qalıblar. Lakin aktyor öpüşməyə razı olmayıb. O, Türkan Şoray kimi onun da qaydalarının olduğunu deyib.
"Mənim də Türkan Şoray kimi qanunlarım var, seriallarda öpüşmərəm, sevişmərəm. Çünki o səhnələri Anadolu xalqı da izləyir", - aktyor deyib.
Nurgül Yeşilçay isə səhnənin vacib olduğunu deyərək israr edib. Aktyor aktrisanın üstünə qışqıraraq "sən də çox həvəslisən öpüşməyə" deyib və çəkiliş meydançasını tərk edib.

42-ciparalel.az