Di Kaprio Putindən danışdı (FOTO)

Tanınmış Hollivud aktyoru Leonardo Di Kaprio "Velt am Sontaq” dərgisinə verdiyi müsahibəsində maraqlı açıqlama verib.
Aktyor bir neçə il əvvəl Sankt-Peterburqda Sibir pələnglərinin xilası üzrə forumda Putinlə şəxsən görüşdüyünü bildirib.
"Mənim fondum bu yırtıcı pişiklərin müdafiəsi üçün olan bir neçə layihəyə maliyyə dəstəyini göstərib. Putinlə mən yalnız bu çox gözəl heyvanların müdafiəsi haqqında danışmışıq, siyasət barədə heç bir söhbət olmayıb", - deyə Di Kaprio əlavə edib.
Vladimir Putin və Leonardo Di Kaprio pələnglərin qorunmasına həsr edilən konsertdən sonra
O həmçinin qeyd edib ki, Rusiya tarixinə valeh olub."Putin rolunu oynamaq çox maraqlı olardı, mən məmnuniyyətlə onu oynayardım. Lenin də həmçinin maraqlı olardı. Mən məmnuniyyətlə Rasputini də oynayardım. Hesab edirəm ki, rus tarixi haqqında daha çox filmlər olmalıdır", - deyə aktyor Alman nəşrinə bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Leonardo Di Kaprio Rusiya vətəndaşlığı almaq istədiyini bildirib. Di Kaprio nənəsi Yelena Smirnovanın Rusiyanın Perm şəhərindən olduğunu bildirərək "Rusiyanı çox sevirəm. Rus vətəndaşlığı almaq istəyirəm" - deyə bildirib. Di Caprio həmçinin Sovet filmlərini çox sevdiyini və poster kolleksiyası yığdığını bildirib.
Leonardo Di Kaprio
Keçən il tanınmış aktyoru ətraf-mühitin mühafizəsi təşkilatlarına 15 milyon dollar bağışlayıb. İanəni Afrika və Amazonda fillərin və vəhşi təbiətin mühafizəsi ilə məşğul olan fondlar alıb. Həmin təşkilatlar "Amazon Watch", "Save The Elephants", "Tree People" və "World Wildlife Fund"dur. Di Kaprio bununla bağlı jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, planetin təbiəti elə bir sürətlə korlanır ki, insanlar bunun qarşısını ala bilmirlər.

42-ciparalel.az