“Bir-birimizi qırdırmaqdan ləzzət alanlar...” - Xatirə

Müğənni Xatirə İslamla Elnarə Abdullayeva arasında yaşanan gərginlik davam edir.
42-ciparalel.az-ın məlumatına görə, Xatirə İslam dəfə sosial şəbəkədə qalmaqala münasibət bildirib.Müğənni qeyd edib ki, jurnalistlər ona Elnarə Abdullayeva ilə bağlı suallar verməsinlər:
"Elnarə Abdullayeva ilə bağlı mənə sual verməyin. Elnarə bilər, mən bilərəm. Mənə nə deyibsə, əcəb edib. Yaxşı edib, əlinin içindən gəlib. Bizim aramızda problem yoxdur, olsa belə aramızda həll edərik. Hamı gedib öz problemi ilə məşğul olsun. Bir-birimizi qırdırmaqdan ləzzət alanlar, artıq yorulun...”
Qeyd edək ki, Xatirə İslam "5/5” verilişində Elnarə Abdullayevaya söz atmışdı:
"Müğənnilik çətindir. Amma insan öz sənətinə hörmətsizlik etməməlidir. Toy, məclis sayəsində özlərinə gün-güzəran qazanırlar, kəndinə su çəkdirirlər, atasına ev tikdirirlər, sonra da deyirlər ki, "Yox-yox, müğənni olmaz”. Bunu necə edə bilərlər? Bu yolla qazandığınız çörəyə qiymət qoyun, hörmətsizlik etməyin”.
Elnarə Abdullayeva Xatirə İslamın cavabını vermişdi:
"Hər kəsin öz ağlı, mədəniyyəti, qabiliyyəti və dünyaya baxış tərzi var. Mənim tərbiyəm başqadır, Xatirənin tərbiyəsi başqa...”
42-ciparalel.az