Selin Dionun əri öldü (VİDEO, FOTO)

İfaçının özündən 26 yaş böyük əri xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Dünya şöhrətli müğənni Selin Dionun həyat yoldaşı vəfat edib. Rene Anjelil 73 yaşında dünyasını dəyişib. 42-ciparalel.az-ın məlumatına görə, ifaçının əri xərçəng xəstəliyindən əziyyət çəkib.
Məlumata görə, ifaçının həyat yoldaşı bu gün səhərə yaxın Las Veqasdakı evində dünyasını dəyişib. Mərhumun yaxınları bu ağır gündə ailəyə hörmət edilməsi və narahat edilməməsi üçün müraciət edib. Rene Anjelil Selin Dionunhəm də meneceri idi. Cütlükün 3 övladı var. Bunlar 14 yaşlı Rene Çarlz, 5 yaşlı əkizlər Nelson və Eddidir. Anjelilin digər münasibətlərdən övladları olub - Ani Mari, Patrik və Jan Pyer.

Selin Dion və Rene Anjelil
İfaçı 12 yaşında Rene ilə tanış olub. 19 yaşında isə nişanlanıblar. Cütlüyün toyu 2000-ci ildə Las Veqasda baş tutub.
Selin Dion - "My Heart Will Go On"
Selin Dion həyat yoldaşından 26 yaş kiçik idi. İfaçı musiqi tarixindəki ən müvəffəqiyyətli qadın müğənnilərdən biri hesab olunur. O, 2004-cü ildə 175 milyon musiqi albomu satmaqla tarixdə ən çox satmış qadın sənətkara çevrildiyinə göre başda Dünya Musiqi Mükafatı olmaqla bir neçə mükafat qazandı.

42-ciparalel.az