Xəyanət böyük sevgiyə son qoydu (FOTO)

{title

Məşhur futbolçusu Caner Erkin 6 illik həyat yoldaşından ayrılıb.

Türkiyə yığmasının və "Fənərbağça” klubunun məşhur futbolçusu Caner Erkin 6 illik həyat yoldaşı Asena Erkin ilə boşanır. 
42-ciparalel.az-ın məlumatına görə, ulduz futbolçu ötən gün məhkəməyə ərizə verib. Futbolçu verdiyi ərizədə həyat yoldaşı ilə yola getmədiklərini, həyatlarının dözülməz hala gəldiyini və evlilik birliyinin kökündən sarsıldığını ifadə edib.
Cütlük qarşılıqlı razılıqla boşanıb. Onların arasında əmlak bölgüsü olmayacaq. Oğulları Çinar anasında qalacaq. Futbolçu uşağıyla bəlli günlərdə görüşəcək. Asena isə qızlıq soyadına qayıdacaq.
Caner Erkin hər ay yoldaşına 10 bin lira (5 min 177 manat) ödəyəcək.
 
Xəyanət böyük sevgiyə son qoydu (FOTO)
 
 
Berkay - müğənni 
Cütlüyün ayrılma səbəbi isə Asena Erkinin müğənni Berkayla gizli münasibətləri olmasıdır. 
2014-cü ildə tanınmış futbolçu həyat yoldaşına yaşıl rəngli "Lamborghini” hədiyyə verib.
Qiyməti 1,8 milyon olan yaşıl rəngli idman avtomobilində fotoları yayılan Asena Erkin bildirib ki, bu həyatının ən bahalı avtomobilidir.
 
 
Xəyanət böyük sevgiyə son qoydu (FOTO)
 
 
"Lamborghini”
 
 
42-ciparalel.az