İlhamə Quliyeva oğlunun saxlanılmasından danışdı

{title

"Bu xəbəri qulluqçumun adamları yayıb".
 
 Xalq artisti İlhamə Quliyeva oğlu Orxan Nadirov və onun tanışı Vüqar Bəşirovun Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında saxlanması xəbəri barədə açıqlama verib. O, yayılan məlumatları təkzib edib. 

42-ciparalel.az-a açıqlama verən xalq artisti bildirib ki, məlumat yalandır: "O məlumat əsassızdır, cəfəngiyatdır, bizim ailəmizə atılan böhtandır. Hamı öz evindədir. Qətiyyən belə bir şey yoxdur”.

Xalq artisti hətta bu məlumatı yayanların adını da açıqlayıb: 
"Bu məlumatı mənim həbsxanada olan qulluqçumun adamları yayıb. Axı bu yaxınlarda məhkəməsi olacaq. Yalan-yalan informasiya yayırlar".



Bu gün məlumat yayılıb ki, Orxan Nadirov və onun tanışı Vüqar Bəşirov Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında saxlanılıb. Hər iki şəxs Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Bir müddət əvvəl ifaçı köməkçisi Mehriban Hüseynovanıdələduzluqda ittiham edib. 
 
 
İlhamə Quliyeva oğlunun saxlanılmasından danışdı
 
 
Mehriban Hüseynova - İlhamə Quliyevanın köməkçisi

Müğənni bununla bağlı əlində dəlil və sübutların, videogörüntülərin, səs yazılarının olduğunu deyərək hətta köməkçisi ilə bağlı bir görüntünü mətbuata təqdim də edib. Bir neçə gün sonra isə Mehriban Hüseynova Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.
 

4-ciparalel.az