Məşhur cütlük 7-ci uşağı istəyir

Onlar 13 uşaqlı ailənin oğlunu götürmək üçün sənədləşmə işləri aparırlar.
Ancelina Coli yeddinci uşağı övladlığa götürmək qərarına gəlib.
42-ciparalel.az-ın məlumatına görə, bu barədə xarici saytlar xəbər yayıb. Xəbərlərdə deyilir ki,Bred Pit və Ancelina Colinin ailəsində artım gözlənilir. Cütlük hal-hazırda Kambocadan olan Alloui Şauna adlı dördüncü oğlan uşağını övladlığa götürmək üçün sənədlərin hazırlanması ilə məşğuldur.
Məşhur aktrisa Allouinin ailəsi ilə Kambocaya "Əvvəlcə onlar mənim atamı öldürüblər: Kambocalı qızın xatirələri" adlı dramı çəkməyə gedərkən tanış olub. Əvvəlcə ailə başçısı Mansareta ilə tanış olan Coli öyrənib ki, ailənin 13 uşağı var və çox kasıbdırlar. Belə ki, nə Mansareta, nə də onun həyat yoldaşı işləyə bilmir. Onların xəstə olması və balaca vaqonda yaşaması aktrisanı çox kövrəldib. Ailəyə yalnız Allouinin böyük bacısı, 16 yaşlı Leyda çörək pulu gətirir. Qız məcburən təhsili saxlayaraq ailəsinə baxmalı olub.
Ailənin vəziyyətini görən Ancelina Coli bundan sonra onlara kömək etmək qərarına gəlib və uşaqlardan birini oğulluğa götürməyi planlaşdırıb. Hal-hazırda Bred Pit və onun həyat yoldaşı ailəyə maddi yardım edir, onlara ərzaq və geyim alıblar. Sənədlər hazır olduqdan sonra isə onlar Allouini öz evlərinə gətirməyi düşünürlər. Məşhur aktrisa Allouinin ailəsi ilə Kambocaya "Əvvəlcə onlar mənim atamı öldürüblər: Kambocalı qızın xatirələri" adlı dramı çəkməyə gedərkən tanış olub. Əvvəlcə ailə başçısı Mansareta ilə tanış olan Coli öyrənib ki, ailənin 13 uşağı var və çox kasıbdırlar. Belə ki, nə Mansareta, nə də onun həyat yoldaşı işləyə bilmir. Onların xəstə olması və balaca vaqonda yaşaması aktrisanı çox kövrəldib. Ailəyə yalnız Allouinin böyük bacısı, 16 yaşlı Leyda çörək pulu gətirir. Qız məcburən təhsili saxlayaraq ailəsinə baxmalı olub.
Bu, cütlüyün övladlığa götürəcəkləri ilk uşaq deyil. Bred Pit və Ancelina Colinin 6 övladı var, onlardan yalnız 3-ü doğmadır, 3-ü isə övladlıqdır.

42-ciparalel.az