• Region
  • 14-09-2017, 10:34
  • 179Oxunub

N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayış

{title

Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 42-CiParalel.az-a verdiyi məlumata görə Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə:

 

 

 

13 Sentyabr 2017-ci il tarixində yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Şurabad kəndi ərazisində 2 əkin sahəsinə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 922 ədəd partlamamış hərbi sursat (PHS), 25 ədəd partlamış-yanmış mərmi qalıqları və 599 kq yandırma aşkar edilərək götürülmüş, nəticə etibarilə 1 373 194 kv.m (137.32 ha) ərazi yoxlanılmışdır.

 

 

Ümumiyyətlə, 18 gün ərzində 12 ev, 44 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 22 əkin sahəsinə, 9 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilmiş, 5 237 ədəd partlamamış hərbi sursat (PHS), 3 137 ədəd partlamış-yanmış sursat qalıqları və 4 696 kq yandırma aşkar edilərək götürülmüş, nəticə etibarilə 32 301 953 kv.m (3 230.20 ha) ərazi yoxlanılmışdır.

 

 

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.