Süd vəzilərinin estetik əməliyyatları

{title

42-ciparalel.az


 Qadınlar üçün süd vəzilərinin görüntüsü çöx önəmli bir məqamdır. Fizioloji inkişaf nəticəsində süd vəzilərinin ölçülərinin normadan kiçik və ya böyük olması, hər hansı bir səbəbdən formasının estetik olaraq qənaətbəxş olmaması (sallanması) plastik cərraha müraciət üçün arqument olur.


Süd vəzilərinin estetik əməliyyatları 


 Normalda artıq 18 yaşına çatmış qadında süd vəziləri bu və ya digər bir forma almış olur. Artıq bu yaşlarda süd vəzilərinin ölçüləri kiçik olan qadınlarda auqmentation mammoplastika (süd vəzilərinin böyüdülməsi) əməliyyatını icra etmək mümkündür. Süd vəzilərinin böyüdülməsi üçün qızıl standart implantların istifadəsidir. Yumru və ya anatomik (damla) formada olan implantlar əzələ altına və ya süd vəzisi altına qoyulmaqla əməliyyat aparılır. Cərrahi taktika əməliyyatönü etapda müayinə zamanı dəqiqləşdirilir. Kəsiklər süd vəzisi giləsi ətrafı, süd vəzisi altı büküş və ya qoltuqaltından olmaqla aparılır. Süd vəzisinin qalınlığı kifayət qədərdirsə implant vəz altına, az olduğu hallarda isə əzələ altına qoyulmaqla aparılır. Əməliyyat ümumi anesteziya şəraitində icra edilir, müddəti 1-2 saat arasında dəyişir. Təbii ki, bu, icra olunacaq cərrahi taktika ilə birbaşa əlaqəlidir. Əməliyyatdan sonrakı dövrdə 4-6 həftə ərzində kompression xüsusi forma geyinilir. Vəziyyətə görə massaj hərəkətləri təyin edilir. İmplantların əzələ altına qoyulduğu hallarda daha 1-2 gün artıq olmaq şərti ilə təqribi 5-7 günün tamamında qadınlar normal gündəlik həyatına qayıtmış olurlar.


 Süd vəzilərinin böyüdülmısində piy toxumasının istifadəsi üçün göstərişlər mütləq olmalıdır. Lipofillinq metodunun alternativ olaraq tətbiqi daha çox süd vəzisinin rekonstruktiv cərrahiyyəsində (hissəvi olaraq süd vəzisinin çıxarılması zamanı) öz əksini tapmışdır.


 Süd vəzilərinin dikləşdirliməsi (mastopeksiya) yaşla əlaqədar dəyişikliklərlə və ya hamiləlikdən sonra südlə qidalandırma ilə əlaqədar süd vəzilərinin ölçü və formalarının qənaətbəxş olmadığı hallarda icra edilir. Həcmin kifayət qədər olmadığı hallarda süd vəzilərinin dikləşdirilməsi əməliyyatı endoprotezləşdirilmə (implantların yeridilməsi) ilə kombinə edilir. Cərrahi müdaxilə süd vəzisi giləsi ətrafı, vertikal istiqamətdə gilədən altda olan kəsiklərlə və ya çevrilmiş "T” və ya "j” şəkilli kəsiklərlə həyata keçirilir. Əməliyyat ümumi anesteziya şəraitində icra edilir, müddəti 2-2,5 saat arasında dəyişir. Postoperasion dövr süd vəzilərinin auqmentasiyası (böyüdülməsi) əməliyyatında olduğundan bir tək izlərlə fərqlənə bilir.


 Süd vəzilərinin kiçildilməsi əməliyyatları həm estetik göstəricilərə görə, həm də orqanizmdə yaratdığı bir sıra problemlərə görə həyata keçirilir (çəkiləri artıq olan sallanmış süd vəziləri boyun, kürək, bel nahiyələrində ağrılara və onurğa yırtıqlarına səbəb ola bilir). Əməliyyat zamanı kənar ediləcək süd vəzisi, dərialtı piy təbəqəsinin miqdarından asılı olaraq bu və ya digər cərrahi taktika tətbiq edilir. Kəsiklər birbaşa həcmdən asılı olaraq süd vəzilərinin formalaşdırılması məqsədilə fərqlənir. Əməliyyat ümumi anesteziya şəraitində icra edilir, müddəti 2-3 saat arasında dəyişir. Postoperasion dövrdə 4-6 həftə müddətində kompression paltar geyilir. İzlər ilk 2-3 ay ərzində daha görünən olmaqla sonrakı dövrlər üçün az nəzərə çarpan nazik incə bir forma almış olur.


 Süd vəzilərinin estetik plastik əməliyyatlarının hər biri üçün əməliyyatönü müayinlərə əlavə olaraq süd vəzilərinin ultrasəs, məxsusilə də reduksiya (kiçildilmə) əməliyyatlarında süd vəzilərinin kontrast müayinəsi (mammoqrafiya) həyata keçirilir. Əməliyyatlarda kontrol məqsədilə qoyulan vakuum drenlərin saxlanılma müddəti xaric olan mayenin həcmindın asılı olaraq müəyyənləşdirilir.


 Süd vəzilərinin estetik-plastik əməliyyatlarında əsas prinsip – funksional anatomik strukturlara müdaxiləni konkret halda əsaslandırmaqla alınan estetik nəticə ilə pasienti məmnun etməkdir.