Tər əleyhinə vasitəni özünüz hazırlayın - RESEPT

{title

42-ciparalel.az
 
Tər əleyhinə vasitə hər gün istifadə etdiyimiz kosmetik vasitələrdən biridir. 

Hansı formada qablaşdırılmasından asılı olmayaraq, bütün belə vasitələrin tərkibi zərərli kimyəvi maddələrlə doludur. Aparılan araşdırmalar göstərib ki, onlardan uzun müddət istifadə edən qadınlarda döş xərçənginə yaxalanma riski artır. 

Buna baxmayaraq, onlardan imtina etmək mümkün deyil. Xüsusilə, yay aylarında özümüzdən əmin olmaq üçün həmin vasitələr bizə kömək edir. 

Ona görə də, ya bir az daha çox pul xərcləyib təbii tərkibli məhsullardan istifadə etməlisiniz, ya da tər əleyhinə vasitənizi ev şəraitində özünüz hazırlamalısınız. Üstünlüyü ikinci varianta verirsinizsə, resepti mütləq sınaqdan çıxarın. 

Tərkibi: 

- 50 ml. mineral su 
- 10 damcı lavanda yağı 
- 5 damcı adaçayı yağı 
- 100 ml alma sirkəsi 

Hazırlanması: 

Siyahıdakıların hamısını kiçik bir kasaya töküb qarışdırın. Qarışığı təmiz sprey şüşəsinə töküb istədiyiniz vaxt istifadə edin. 

Alternativ olaraq, özünüzə yasəmən qoxulu vasitə də hazırlaya bilərsiniz. 

Bunun üçün 10 ml. gülab, 10 ml. mineral su, 10 ml qliserin, 2 damcı mixək yağı və 2 damcı yasəmən yağını bir qabda qarışdırın. Sprey şüşəsinə boşaldıb istifadə edin.