İş stressinə qarşı 5 qızıl qayda

{title

42-ciparalel.az
 

Stressin çox qaynağı ola bilər. Amma onlardan ən önəmlisi işlə bağlıdır. 

Yorğunluq, gərgin iş mühitinin səbəb olduğu stress həyat eşqinin, əmək məhsuldarlığının azalmasına təsir edir. Bu səbəbdən insanın fikrini işə cəmləməsi üçün bəzi zərurətlər var. 

Əslində, stressə qarşı hər kəsin fərqli mübarizə üsulu var. Bəziləri siqaret çəkir, başqası spirtli içki qəbul edir, üçüncüsü yemək yeyir. Bəziləri isə açıq havaya çıxıb dərindən nəfəs almaqla kifayətlənir. 

Türkiyəli psixoloq Qəmzə Şənbursa iş stressini azaltmaq və yorğunluğu dəf etmək üçün 5 təsirli ipucu verib. 

Bu məlumatlar sayəsində stressi ciddi problemə çevrilmədən dəf etmək mümkündür. 

Ananıza və ya ailə üzvlərindən birinə zəng edin 

İşiniz başınızdan aşsa da, ananızla 2-3 dəqiqəlik söhbət sizi iş stressindən uzaqlaşdırıb sakitləşdirəcək. Stressli bir işi yerinə yetirdikdən sora telefonda anaları ilə söhbət etmək kortizol (stress hormonu) hormonunu aşağı salır, seretonin səviyyəsini isə yüksəldir. 

Söhbət edin 

Əgər iş yoldaşlarınızın hərəkətləri, davranışı sizi narahat edirsə, fikirlərinizi başqa biri ilə paylaşın. Söhbət etmək və fasilə vermək stress və narahatlığın qarşısını almaq üçün olduqca təsirli üsuldur. 

Gülüş fasiləsi 

Əgər işdə gərginlik hiss edirsinizsə, özünüzə 5-10 dəqiqə vaxt ayırın və internetdə gülməli bir video izləyin. Araşdırmalar göstərir ki, qəhqəhə insanı sakitləşdirir, qan təzyiqini və nəbzi yüksəldir. 

Axşamlar və həftə sonları internetdən çox az istifadə edin 

Elektron poçtunuza az baxmaq stress və gərginlikdən sizi azad edir. Ona görə də həftə sonları internetdən çox az istifadə etməyə çalışın. 

Şokolad yeyin 

Şokolad yemək insanı rahatlaşdırır. Belə ki, araşdırmaya qatılan iştirakçılara 2 həftə ərzində hər gün şokolad verilib. Şokoladın stress hormon səviyyəsini aşağı saldığı və stressin səbəb olduğu metabolik təsirləri yüngülləşdirdiyi məlum olub. Siz də stressli günlərdə əhvalınızı şokoladla tənzimləyin.