Meyvə qurusunun faydaları

42-ciparalel.az
Bu meyvə quruları sadaladıqlarımızdan da daha çox dərdə dəvadır
Xərçəngdən təzyiqə, qan azlığından göz yorğunluğuna kimi xəstəliklərə gözəl təsir edən meyvə qurularının faydaları…
Qaysı qurusu
Həzm problemlərinə yaxşı təsir edir. Stressin və qan azlığının qarşısını alır. Tərkibindəki A vitamini cild pozğunluqlarının müalicəsində də son dərəcə təsirlidir. Gündə 5 qaysı qurusu yemək tərkibindəki kalium sayəsində ürək əzələlərinin və sinirlərinin inkişafı üçün vacibdir.
Üzüm qurusu
Gözəl bir enerji qaynağıdır. Bəlğəm gətirici təsiri ilə bir çox xəstələrə tövsiyyə edilir. Gündə 10 ədəd yeyildiyində təzyiqi düşürtmə qabiliyyətinə malikdir. Həmçinin iltihablara qarşı orqanizmi də gücləndirir.
Xurma qurusu
Antioksidant tərkibi ilə orqanizmi gücləndirir və xərçəngə qarşı qoruyucu təsir göstərir. Cild gözəlliyi və sağlamlığın qorunmasında böyük rol oynayır. Yüksək fibrin tərkibi ilə həzm sisteminə yaxşı təsir edir. B1, B2 vitaminləri ilə sinir sistemini qoruyur, beynin funksiyasını nizama salır.
Alma qurusu
Xüsusilə qatıqla yeyildiyində zəhərli ishal növlərində çox güclü təsiri vardır. Lifli özəlliyi sayəsində insanı tox tutar. Gözlərinizi yoran bir işdə işləyirsinizsə hər gün bir ovuc alma qurusu yemək faydalıdır.
Tut qurusu
Gözəl qan gətirici və qızdırma salan xusisiyyəti olaraq yüz illərdir istifadə olunan tut qurusu həm də vitamin deposudur. Gündə bir ovuc yeyərək özünüzü daha gümrah və enerjili hiss edə bilərsiniz. Ayrıca tut qurusu ağız qoxusunu da yox edər.
Ərik qurusu
Ərik qurusu B1, B2, B3, B6, A, C və E vitaminləri ilə zəngindir. Xərçəng və yaşlanmaya qarşı qoruyucu təsiri vardır. Tərkibindəki zəngin kalium və maqnezium ilə təzyiq, qaraciyər, ürək, böyrək və revmatizma xəstəliklərinə gözəl təsir edir.
Əncir qurusu
Yağ, soda, xolesterol olmayan və yüksək lifli meyvə olması arıqlamaq üçün köməkçi vasitədir. Tərkibindəki proteinin miqdarı aşağı, sintezində istifadə olunan aminoasid ilə zəngindir. Bu səbəblə hüceyrələrin inkişafından əsas rol oynayır. Boğaz ağrısı və brontix xəstəliklərində faydalıdır. Vücudun yenilənməsində böyük əhəmiyyəti var.