Siqareti tərgitməyimiz vacibdir, çünki

{title

42-ciparalel.az

 
Siqaret çəkənlərdə ağız içi xərçəngi, diş əti xərçəngi, dil xərçəngi, badamcıq xərçəngi siqaret çəkməyənlərə nisbətən 3-33 dəfə daha çox görülməkdədir.

Ağciyər xəstəliklərinin yaranmasında siqaret 80-90 % səbəbkardır. Ağciyər xərçənginin 90 %-i siqaretlə əlaqəli olub, siqaret çəkməyənlərə nisbətən 15-20 dəfə yüksəkdir.
Siqaret çəkən insanlar təxmini hesablamalara görə çəkməyən insanlarla müqaisədə 8 il daha tez ölürlər.
Yemək borusu xərçənginə səbəb olan amillərdən biri də siqaretdir. Həmçinin siqaret mədə xərçənginin əmələ gəlməsini asanlaşdırır.
Sidik kisəsi xərçəngi siqaret çəkənlərdə çəkməyənlərə nisbətən 2 qat daha çox rast gəlinir.
Siqaret, kişilərdə spermlərin keyfiyyətini azaldır. Həmçinin cinsiyyət hormonlarının da dövranını pozaraq cinsi istəyin və gücün azalmasına səbəb olur.
Məlumdur ki, kişilərdə prostat xəstəliyi yaşdan asılı olmayaraq müəyyən dövrlərdə əmələ gəlir. Prostat xərçəngi siqaret çəkməyənlərə nisbətən 2 qat daha çoxdur.
Siqaret qadınlarda erkən və az çəkili uşaqların doğulmasına, ölü doğuş və erkən menapozaya səbəb olur.
Siqareti tərgitmək, bir insanın sağlamlığı barəsində verdiyi ağıllı və düzgün qərarlardan biridir!