Uşaqlar gündə 60, böyüklər 150 dəqiqə...

{title

42-ciparalel.az
 
Son illərin ən böyük sağlıq çağırışı: idman edin! 

Hərəkətsiz həyat bir çox fiziki və psixoloji problemin səbəbidir. Bu cür həyat tərzi fərqli ağrı, funksiya, hərəkət sistemi pozğunluqları yaradır. Ürək-damar problemləri, piylənmə, yüksək təzyiq, iflic, sütun və döş xərçəngi bu xəstəliklərdən ən geniş yayılanlardır. 

Piylənmə və köklüyün də əsas səbəbi alınan kalori ilə sərf edilən kalori arasında balanssızlıqdır. Şəhər həyatının yaşam şərtlərinin dəyişməsi, hər şeyə yetişmənin rahatlığı, oturaq işin səbəb olduğu hərəkətsizik bu problemə zəmin hazırlayan ən mühüm səbəblərdəndir. 

Bu cür həyat tərzi keçirən insanlar daha ağır problemlərlə üzləşməmək üçün qida amilinə diqqət yetirməlidirlər. Əvvəlcə yağ və şəkər qəbulu azaldılmalı, bunların yerinə meyvə-tərəvəz, 
paxla və tam taxıl məhsulları yeyilməlidir. 

Digər mühüm məsləhət isə uşaqların gündə 60, yetkin insanların isə 150 dəqiqə idman hərəkətlərinə vaxt ayırmasıdır. 

Həyatınıza hərəkət qatmağı unutmayın!