Baş onkoloq: “Toppuş bacı” sağalıb, niyə özünü reklam edir?

42-CiParalel.azMilli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimli xərçəngə yoluxan Əməkdar artist Tünzalə Əliyevanın xəstəliyi ilə özünü reklam etdiyini bildirib.
42-CiParalel.az xəbər verir ki, bu barədə Modern.Az-a danışan Kərimli söyləyib ki, "Toppuş bacı”nın vəziyyəti normaldır:
"Hamımızın "Toppuş bacı” kimi yaxşı tanıdığı Tünzalə Əliyeva son günlərdə efirə çıxır, mətbuata danışır, bütün Azərbaycandan kömək istəyir. Tünzalə xanımın səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir. Bu xanım nədən narazıdır? Tünzalə Əliyeva artıq sağalıb, əməliyyat edildi, sadəcə, müalicəsi davam edir."Toppuş bacı”: Ölmək istəmirəm – VİDEO
42-CiParalel.az
Tünzalə Əliyeva isə saytımıza açıqlamasında bildirib ki, xəstəliklə özünü reklam etmir:
"Uzun müddətdir Milli Onkologiya Mərkəzində müalicə alıram. Bir neçə günə müalicəm bitəcək. Mən hamının fikrinə hörmətlə yanaşıram, ancaq özümü xəstəliklə reklam etmirəm. Xəstəliyə görə heç kimə müraciət etməmişəm”.
Qeyd edək ki, Tünzalə Əliyeva ilə bağlı "Bizimləsən” verilişində bir neçə gündür xeyriyyə marafonu başlayıb. Bundan öncə də "Toppuş bacı” müraciət edərək hər kəsdən ona kömək edilməsini istəmişdi.