Uzunömürlülüyün yeni üsulu tapıldı

ABŞ-ın Yel Universitetinin alimləri insan orqanizminin insulinə qarşı həssaslığını tənzimləyən beta-Klotho zülalının 3D strukturunun görüntüsünü ərsəyə gətirib.
42-CiParalel.azLenta.ru-ya istinadən xəbər verir ki, bu barədə EurekAlert! saytının pres-relizində qeyd olunub.
Tədqiqat nəticəsində adıçəkilən zülalın yüksək fəallığı insan ömrünü uzadır.
Klotho ailəsinə transmembran zülallar, daha dəqiq desək, hüceyrə membranına sirayət edən və "fibroblast artım faktorları” adlandırılan (FGF), siqnal molekullarla rabitə yaradan zülallar daxildir.
Artım faktorları çox növ hüceyrə və toxumanın proliferasiya və differensiyası proseslərində iştirak edir. Müxtəlif Klotho tipləri insan ac olan zaman ifraz olunan FGF21 və ya FGF23 molekullarla birləşir. FGF21-Klotho kompleksi insulinə qarşı həsssaslığı stimullaşdırır və qlükozanın həzminə təsir göstərir.
Alimlərin sözlərinə görə, Klotho fəallığının artımı qida rasionunu dəyişmədən kalorinin yanmasını sürətləndirir. Zülalın işini stimullaşdıran preparatlar təkcə kökəlməyə və insulindən asılı olmayan şəkərli diabetə qarşı mübarizə aparmağa imkan vermir, eyni zamanda, anti-yaşlanma effektinə malik olduğundan insan ömrünü uzada bilir.