Gündə bir ovuc qoz yeməyin inanılmaz faydası - ARAŞDIRMA

Araşdırmaya görə, bir ovuc qoz yemək infarkt riskini azaldır.
42-Ciparalel.az xəbər verir ki, mütəmadi olaraq qoz yemək və ya qoz yağı içmək sizi infarkt riskindən qoruyur. Araşdırmada bir ovuc qoz yeyən insanların 4 saat sonra qan damarlarının elastikliyi və xolestrol səviyyələrində qan dövranına yardımçı olacaq dəyişiklik müşahidə olunub.
Araşdırmanın nəticəsinə görə, qoz və qoz yağı ürək-damar xəstəliklərindən qoruyur. Pensilvanyada yerləşən Penn Dövlət Universitetinin qidalanma üzrə mütəxəssisi professor həkim Penny Kris Eterton deyib: "Sadəcə bir ovuc qoz, ya da qoz yağını həftədə 4 gün istifadə etməklə infarkt riskini azalda bilərsiniz”.