Ağrılardan təbii yollarla xilas olun

{title

42-ciparalel.az
 

Bəzən insan günün yorğunluğundan, düzgün qidalanmadığından və. s bu kimi problemlərin təsirindən gözlənilməz orqanizm rahatsızlıqları, ağrıları ilə qarşılaşır.

Bunu üçün təbii ki, çox az adam həkimə müraciət edir. Bir çoxlarının ilk ağlına gələn isə ağrı kəsici həb qəbul etmək olur. Əslində hər bir insan bir növ öz həkimi olmağı bacarmalıdır. Əslində evinizdə olan təbii vasitələrlə də siz həmin ağrıların, narahatçılıqların qarşısını ala bilərsiniz.

Ağrılarla mübarizə aparmaq üçün sizə 4 təbii üsulu təqdim edirik:

Qarın ağrısı
Bir damla ananas,razyana və zəncəfil yağını qarışdırın. Ağrıyan nahiyənizə masaj hərəkətləri ilə tətbiq edin. Ağrınızın getdikcə keçdiyinin şahidi olacaqsınız.

Soyuqdəymə
Bir damla mixək, evkalipt və bibər yağını ovucunuzda ovub iyləyin. Bu qatışım burun yollarını açmağa və qripin daha tez keçməsinə kömək edir.

Mədə yanması
Bir stəkan suya bir damla nanə yağını əlavə edib için. Əgər nanə yağı yoxdursa yaşıl nanəni də isti suda 5 dəq dəmləyib içsəniz ağrınız azalcaq.

Stres
Sresli vaxtlarınızda lavanda yağından faydalana bilərsiniz. Belə ki, lavanta yağını yastığınıza ya da otaqdakı hava təravətləndiriciyə bir-iki damla əlavə edin. Həm otaqda gözəl qoxunu, həm də rahatlaşdığınızı hiss edəcəksiniz.