Ümümdünya Səhiyyə Təşkilatı hamilə qadınlara xəbərdarlıq etdi (FOTO)

{title

"Əgər risk etmək istəmirsinizsə səfərinizi təxirə salmalısınız".
 
Dünyanın bir çox ölkəsində xüsusəndə Braziliyada yayılmış dəhşətli Zika virusu təşviş yaratmaqda davam edir.42-ciparalel.az-ın məlumatına görə, virus səbəbəbindən Brazilianın Rio-de Jeneyro şəhərinə keçiriləcək, 2016-cı ilin Yay Olimpiada Oyunalarına hamilə qadınların getməməsi tövsiyyə edilib. Bu barədə "Frans presse” mətbuat agentliyinə Braziliya Prezident Administrasiyasının Rəhbəri Jak Vaqner məlumat verib. "Hamilə qadınlar üçün ciddi təhlükə mövcuddur. Əgər risk etmək istəmirsinizsə səfərinizi təxirə salmalısınız”? - deyə Jak Vaqner xəbərdarlıq edib.


"Mikrosefali" xəstəliyi ilə doğulan uşaq
Ümumudünya Səhiyyə Təşkilatı (ÜST) bazar ertəsindən etibarən Zika virusunu bütün dünya üçün təhlükə elan edib. Ötən həftədən etibarən ÜST virusun yayıldığı ölkələr siayahısını elan edərək, ümumilikdə Cənubi və Şimali Amerikada 3-4 milyona, Braziliyada isə 1.5 milyona yaxın insanın bu virusa yoluxduğunu açıqlayıb. Bundan əvvəl ABŞ-ın səhiyyə qurumu hamilə qadınlara Kolumbiya, Ekvador, El Salvador vəYamayka da daxil olmaqla, "Zika"ya yoluxma hallarının qeydə alındığı 20 ölkəyə getməmək xəbərdarlığı edib. Virusun milçək sancması ilə yayıldığı bildirilir. Xüsusilə hamilələr üçün böyük təhlükə mənbəyi olan virus ana bətnindəki körpələrin beynində kiçilməyə səbəb olur. Çox zaman ölümlə nəticələn virusun səbəb olduğu xəstəlik "Mikrosefali" (balaca baş) adı ilə tanınır. Bu xəstəliklə doğulan uşaqların başı normaldan bir neçə sm daha kiçik olur.

Zika virusunun yayıldığı ölkələr
"The New York Times"ın məlumatına görə, ilk olaraq, 1947-ci ildə Uqandanın Zika meşələrində peyda olan virusa Afrika və Asiyada rast gəlinirdi. Lakin ötən ilin may ayından başlayaraq virus digər ərazilərədə yayılmağa başlayıb. 
Virusa yoluxma əlamətləri: 
Yüksək temperatur
Baş ağrısı
Gözlərdə qızarma
Qaytarma
Əzələ və oynaqlarda ağrıları.
 
42-ciparalel.az