Məktəb və bağçalarda "donuz qripi" təhlükəsi

A/H1N1 virusu ilə əlaqədar Səhiyyə Nazirliyi əmr imzalayıb
Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov "donuz qripi" ilə əlaqədar əlavə tədbirlərin görülməsilə bağlı əmr imzalayıb. Yanvarın 19-da imzalanan əmrə müvafiq olaraq ölkədəki bütün məktəbəqədər və ümumtəhsil müəssisələrində ciddi dezinfeksiya işlərinin aparılması ilə bağlı tapşırıqlar verilib. Əmrə əsasən, rayonlarda virusla bağlı təhlükə aşkarlanan və ağır vəziyyətdə olan xəstələr dərhal Bakıdakı xəstəxanalarda qospitalizə ediləcək. Bu barədə 42-ciparalel.az-a açıqlama verən Taun Əleyhinə Stansiyanın şöbə müdiri Rita İsmayılovanın sözlərinə görə, hazırda ölkə ərazisində "donuz qripi” (A/H1N1) virusu ilə bağlı təhlükəli hala rast gəlinməyib. Lakin yeni əmrdə bildirilir ki, əgər belə hal aşkarlanarsa, uşaqlar arasında həkim yoxlamaları aparılmalı, xəstə uşaqlar sağlam olanlardan təcrid olunmalıdır.

"Əmrə əsasən, "donuz qripi” ilə bağlı Gigiyena və Epidemiologiya mərkəzləri ciddi nəzarət tədbirləri həyata keçirəcəklər. Bütün yoluxucu şöbə, poliklinikaların A (H1N1) virusu əleyhinə dərman vasitələri və maskalarla təchiz edilməsi, o cümlədən Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasının əlavə testlərlə təmin edilməsi ilə bağlı da göstəriş verilib. Təhlükəsizliklə bağlı bukletlər hazırlanıb, paylanılıb".

Əmrə əsasən, ağır vəziyyətdə olanlar Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunagətiriləcək. Digər xəstələr isə Kliniki Tibbi Mərkəz və 7 nömrəli Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasına yerləşdiriləcək.
Əmrin imzalanmasına səbəb Azərbaycanla həmsərhəd ölkələrdə A (H1N1) virusunun kəskin şəkildə yayılmasıdır. Qonşu ölkə Türkiyədə bu virusdan ölənlərin sayı 16-ya çatıb. Ölkə səhiyyəsi xəstəxanalarda, eləcə də tədris müəssisələrində nəzarəti gücləndirib.Ermənistanda isə bu günədək bu virusun qurbanı olanların sayı 10-dur. 200-dən çox şəxs isə bu qripə yoluxub. İranda, eləcə də Gürcüstanda da vəziyyət ürəkaçan olmadığından ölkə səhiyyələri gücləndirilmiş iş rejiminə keçib.

Xarici ölkələrdə də "donuz qripi"
"Donuz qripi" - insanlar arasında yayılan müxtəlif A/H1N1 viruslarının qarışığından yaranan xəstəlikdir. Bu virusa ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada, Böyük Britaniya, Çili vəAvstraliyada daha çoxdur.
Odur ki, belə ölümcül virusun qurbanı olmamaq üçün ehtiyatı əldən verməyin. İlk növbədə müntəzəm olaraq əllərinizi yuyun, daha sonra qoruyucu maskalardan istifadə edin. Əgər kəskin respirator virusa qripə yoluxmusunuzsa və ağırlaşma hiss edirsinizsə, təcili şəkildə həkimə müraciət edin. Qrip olmusunuzsa, ictimaiyyətdə çox olmayın, çalışın ki, başqalarını da bu virusa yoluxdurmayasınız. Çünki virusa yoluxsanız, nəinki özünüzün, hətta başqalarının da həyatını təhlükəyə atmış olursunuz.

42-ciparalel.az