Ürək xəstələri soyuqda özünü belə qorusun – TÖVSİYƏ

{title

Ürək xəstələrinin diqqət etməli olduğu amillərdən biri də soyuqdan qorunmaqdır. Çünki ani istilik dəyişiklikləri və soyuq hava ürək çatışmazlığı, ürəyin ritm pozuntuları və infarkt riskini ortaya çıxarır.
Soyuq havalarda ürəyi qorumaq üçün 10 mühüm məsləhət təqdim edir. Bunlardan biri də qat-qat geyinməməkdir!
Spirtli içki qəbul etməyin
Soyuq havalarda "bir az bədənim isinsin” deyərək, spirtli içkilər daha çox içilir. Ancaq bu, yanlışdır. Spirtli içkilər bədənə istilik hissi verməklə yanaşı, bədən damarlarında genişlənməyə səbəb olur, həm də içkili halda soyuq hava ilə təmasda olarkən bədəndə istilik itkisi daha çox olur. Buna görə soyuq havalarda su, ya da bitki çayları için.
Tərəvəz bazarlığı edin
Gündəlik ən az 5 dəfə tərəvəz, ya meyvə yemək həm damarları qoruyur, həm də infeksiyalara qarşı bədən müqavimətini artırır. 
Başınızı papaqla qoruyun
Bədəndəki istilik itkisinin yarıdan çoxu baş bölgəsində gerçəkləşir. Soyuğa qarşı başın qorunmaması bədənin soyuğun zərərli təsirlərinə məruz qalmasına səbəb olur. Soyuq havada qan tündləşir və laxtalanmaya meylilik artır. Bədən damarlarındakı büzüşmə nəticəsində təzyiq artır. Ürək bədən istiliyini sabit saxlamaq üçün daha çox işləyir. Ürəyin üzərindəki yükün artması da ürək çatışmazlığına səbəb olur. Damar xəstəliyi olanlarda sinədə ağrılar yaranır. Buna görə soyuq havaya çıxarkən başınıza papaq taxmağı qətiyyən unutmayın. Üstəlik qar, yağış yağan günlərdə çətirdən də istifadə edin.
D vitamini qəbulunu artırın
Soyuq mövsümün gətirdiyi digər bir risk isə günəş şüalarından az faydalanmaqdır. Günəş şüaları bədəndə D vitaminini aktiv hala gətirmək üçün önəmlidir. Ancaq qış aylarında D vitamini səviyyəsində azalma olur. D vitamin əskikliyi də ürək xəstələrində 3 dəfə daha çox yaşanır. D vitamin əskikliyiniz varsa, müalicə etdirin.
Qripin keçməsini gözləyin
Soyuq havalarda qrip, bronxit, yuxarı tənəffüs yolu xəstəliklərində artım olur. Ürək problemi olanlarda bu infeksiyalar daha ağır yaşanır . Buna görə qızdırma ilə özünü göstərən tənəffüs yolu xəstəliklərində həkimə müraciət edin.
Gücünüzdən ağıllı istifadə edin
Qışda qar təmizləmək, yolda qalan maşını itələmək, yağış islatmasın deyə qaçmaq kimi hərəkətlər etmək döyüntü və nəfəs darlığına yol aça bilər. Həmçinin infarkt riskini irəlilədir.
Qat-qat geyinməyin
Çox qalın, kələm kimi üst-üstə geyinmək, qışda sıx edilən yanlışlardan biridir. Bu nəticədə tez tərləmə, soyuma və üşümə baş verir. Pambıq alt geyim təri əməcəyi üçün məsləhət görülmür.
Ağız və burnunuzu şərflə bağlayın
Soyuq havalarda edilən digər yanlışlardan biri də qat-qat geyinib ağız və burnun müdafiəsiz buraxılmasıdır. Soyuq havada uzun müddət açıq havada gəzirsinizsə, ağız və burnu qorumaq üçün şərf və ya maska taxın.
İdmanı tərgitməyin
Qışda da mütəmadi olaraq idman etməklə qan təzyiqinin düşməsi, ürək ritminin tənzimlənməsi, çəkidə azalma, nəfəsin açılması, şəkər xəstəliyi riskinin azalması, bədən müqavimətinin artması və damar sərtliyinin tənzimlənməsi, infarkt riskinin azalması kimi müsbət nəticələr əldə edə bilərsiniz.

 


42-ciparalel.az