Rusiyanın cənubunda 200 nəfərdə donuz qripi aşkarlanıb

2016-cı ilin əvvəlindən Rusiyanın cənubunda yerləşən Adıgey Respublikasında və Krasnodar diyarında 200 nəfərdə donuz qriöpi aşkar olunub. 42-ciparalel.az saytı «RİA Nopvoti»yə istinadən xəbər verir ki, Adıgeydə yeni ilin ilk iki həftəsi ərzində 1206 nəfər kəskin respirator xəstəlik diaqnozu ilə həkimlərə müraciət edib və bunlardan 95 nəfərində donuz qripinin əlamətləri üzə çıxıb. Xəstələrin 20 faizi uşaqlardır. Krasnodar diyarında isə 90-dan çox sakin donuz qripi diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Buna baxmayaraq, vəziyyətin epidemiya kimi qiymətləndirilmədiyi bildirilir. 42-ciparalel.az