Xərçəng xəstəliyinə zərbə (FOTO)

Xərçəng xəstəliyinin müalicəsində yeni dönəm başlaya bilər.
İmmunaterapiya üsulu yaxın zamanda xərçəng xəstlərinə digər müalicə üsulları ilə birlikdə tətbiq ediləcək. Hal-hazırda araşdırma mövzularından biri də fərqli immunaterapiya dərmanlarının birlikdə istifadə edilməsinin sınaqdan keçirilməsidir.
Yaxın zamanda "American Society of Clinical Oncology” birliyinin keçirəcəyi konfransda bir neçə qərar qəbul ediləcək.
4 fərqli immunoterapiya üsulu ilə bağlı çox saylı araşdırmalar aparan İgiltərənin Royal Marsden xəstəxanasının professoru Meri O. Brien bildirib ki, bəzi immunoterapiya dərmanlarını heç bir çarəsi olmayan xəstələrdə istifadə edirir.
"Xəstələrin bir qismində yaşam müddətini uzatmaq şansımız var. Əldə olunan nəticələr uğurlu olarsa, müalicə prosedurları tamam dəyişdirilə bilər. Bu dərmanların radyoterapiya və kimyaterapiya ilə birlikdə istifadəsi üzərində isə araşdırmalar davam edir”.Alimlərin fikrincə, hazırda əldə olunan ilkin nəticələr müalicə üsullarında eyni anda istifadənin mümkünlüyünü göstərir. Bu isə ümid verir. Mütəxəsislər yeni dərmanların xərçəngin hansı növünün müalicəsində daha təsirli olacağını öyrərən bir proqram üzərində də işləyirlər.
Yeni üsul illərdir tətbiq edilən xərçəngin müalicə yöntəmlərinin kökündən dəyişə bilər.
Son əldə olunan nəticələr görə, immunoterapiya dərmanları kimyaterapiyadan daha effektli və uzun müddətli olur. Hətta immunoterapiya dərmanları sayəsində xərçəngin bir xroniki xəstəlik halına gətiriləcəyi də ehtimal edilir.
42-ciparalel.az