Göbələkli Piroq

{title

42-ciparalel.az
 

Ərzaqlar

  • 400 q un
  • 200 q marqarin
  • 200 q qatıq
  • 1 ç.q. soda
  • duz
  • istiot
  • 125 q qurudulmuş göbələk
  • 50 q baş soğan
  • 50 q bitki yağı
  • 2 x.q. doğranmış göy soğan

 

Hazırlanması:

Un, marqarin, qatıq, soda və duzdan xəmir yoğurun. Soyuducuda 1 saat saxlayın. Qurudulmuş göbələkləri 1,5 saat ərzində soyuq suda saxlayın (suyu tullamayın). Sonra yuyub xırda doğrayın. Soğanla birlikdə qovurun, duzlayın. Göbələyi islatdığınız sudan azca əlavə edib hazır olana qədər bişirin. Soyudun. Xəmiri yayın. Yağlanmış siniyə qoyun. Kənarlarını qaldırın. Hazırladığınız qarışığı xəmirin üzərinə yayıb üstündən doğranmış göy soğan səpin. Piroqu sobada orta dərəcədə 20-25 dəqiqə, sonra isə temperaturu artıraraq daha 10-15 dəqiqə bişirin.

 

 

Haqqında: Asan və ləziz salatlardan sayılır.Nuş olsun!