Pendirli kartof çubuqları

{title

42-ciparalel.az
 
 
Tərkibi: 

5-6 kartof 
1 yumurta 
50 q kərə yağı 
50 ml süd 
3-4 x.q. un 
pendir 
suxarı 

Hazırlanması: 

Kartofları bişirin, duz, kərə yağı, süd vurub eynicinsli püre hazırlayın. Soyuyandan sonra 1 yumurta və 3-4 qaşıq un vurub yumşaq xəmir hazırlayın. 
Xəmirdən kündələr tutun, yayın. Hər birinin içinə barmaq yoğunluğunda pendir kəsib qoyun, qıraqlarını bükün. 
Bunları əlinizlə hamarlayın. 

Sonra «çubuqları» narın suxarıya batırın. İstəsəniz, suxarıya küncüt də qata bilərsiniz. 
Tavada bitki yağını qızdırın, «çubuqları» hərtərəfli qızardın. Kağız salfetlərin üstünə düzün, yağını çəksin. 
Süfrəyə verməzdən əvvəl 15 dəqiqə dinləndirin. Nuş olsun!