Göbələkli, qeyri-adi blinçiklər

{title

42-ciparalel.az
 
Ərzaqlar: 

1,5-2 stəkan un 
0,5 litr süd 
3 ədəd yumurta 
1 x.q. şəkər tozu 
1-2 x.q. bitki yağı 
duz, istiot 

Göbələkli iç üçün: 

500qr. göbələk 
200 qram pendir 
Göbələk və soğanlı iç üçün: 
300 qram şampinyon və ya başqa göbələk 
1-2 ədəd soğan 
200 qram pendir 
kərə və yaxud bitki yağı 
duz, istiot 

Hazırlanma qaydası: 

Şampinyon göbələklərini yuyub, doğrayın. Soğanı xırda-xırda doğrayıb, yağda qızardın. Üzərinə göbələkləri əlavə edib, 8 dəqiqə ərzində bişirin. Duz və istiot səpməyi unutmayın. Istəsəniz üzərinə doğranılmış göyərti də əlavə edə bilərsiz. Pendiri sürtkəcdən keçirin. Blinçikin üstünə 1 xörək qaşığı göbələk qoyaraq, üzərindən pendir səpib, səliqəli bükün. Sonra blinçikləri hər iki tərəfdən kərə yağında qızardın.Blinçikin bir üzünü qızardın. Digər üzü qızarmasın ki asanlıqla yapışdırmaq olsun. 

Nuş olsun!