Uşaq oğurluğunun azalması üçün valideynlərə 10 MƏSLƏHƏT – MÜTLƏQ OXUYUN

Son zamanlar uşaq oğurluğu ilə bağlı müxtəlif məlumatlar yayılır. Bundan narahat olan valideynlər nə edəcəklərini, hansı tədbirləri görəcəklərini bilmirlər. Aile.lent.az uşaq oğurluğunun azalması üçün valideynlərə 10 məsləhət təqdim edir. Bunları mütləq bilməlisiniz, əziz ata-analar! − Uşaqlarınıza şübhəli, təhlükəli yerlər haqqında məlumat verin. Kimsəsiz küçələr, inşaat tikililəri və tərk edilmiş yerlərə getməməli olduqlarını öyrədin. − Uşağınıza tanıdığı şəxs belə olsa, sizin icazəniz olmadan onunla getməməli olduğunu öyrədin. − Uşaqlarınızı tənbeh edin ki, tanımadığı şəxslərdən yemək, içki, dərman kimi maddələr almaq olmaz. − Uşağınıza çətin zamanda düşdüyü an qışqıraraq kömək istəyə biləcəyini deyin. − Uşağınıza adını, soyadını, ailə üzvlərinin ad, soyadını, ünvanını öyrədin. Şəxsiyyət vəsiqəsini yanlarında gəzdirməyi vərdiş etsinlər. − İnternet və sosial şəbəkələrdə tanımadığı şəxsə şəkil, məktəb və digər şəxsi məlumatlarını göndərməməyi öyrədin. − Uşaqlarınıza evdə yalnız qaldıqlarında tanımadıqları kimsəyə qapı açmamağı tapşırın. − Uşaqlarınız parkda və bayırda oyun oynayarkən həmişə izləyin. Gün içində nə etdiklərindən xəbərdar olun. Dostlarının və onların ailələrinin adlarını, telefonunu, ünvanlarını öyrənin. − Uşaqlarınıza polisləri güvənilə biləcək biri kimi tanıdın və məktəb, xəstəxana, polis şöbəsi, məscid kimi yerlərdən yardım istəyə biləcəyini söyləyin. − Uşağınızı kiməsə əmanət etməli olduğunuzda həmin insanla mütəmadi əlaqə yaradın. 42-ciparalel.az