Bakıda doğuşda ölən analar və körpələrə görə cinayət işi açıldı

{title

İşlərdən biri səhlənkarlıq, digəri isə ehtiyatsızlıqdan adam öldürmə maddələri ilə açılıb.
 
Yeni ilin ilk günlərində paytaxtda qeydə alınmış ana və uşaq ölümləri ilə bağlı cinayət işi açılıb.
Nərimanov rayon Prokurorluğundan 42-ciparalel.az-a verilən məlumata görə, hadisə yanvarın 1-də saat 07:30-da paytaxtın Nərimanov rayon ərazisində fəaliyyət göstərən Bakı Sağlamlıq Mərkəzində baş verib. 1984-cü il təvəllüdlü Günay Ağayevanın doğuş zamanı qəflətən səhhətinin pisləşməsi nəticəsində bətnindəki uşağın və onun üzərində həyata keçirilmiş qeysəriyyə əməliyyatından sonra göstərilmiş müvafiq tibbi tədbirlərə baxmayaraq özünün ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb. 
Ölümün səbəblərini müəyyən etmək üçün məhkəmə-tibb ekspertizası təyin edilib və digər zəruri istintaq tədbirləri aparılıb. 
İkinci cinayət işi Yasamaldakı Klinik Xəstəxanada baş verən ölüm faktı ilə bağlıdır. 1993-cü il təvəllüdlü Ülviyyə Abbasova yanvarın 2-də saat 23 radələrində Göygöl şəhər Mərkəzi Xəstəxanasının 16 dekabr 2015-ci il tarixli göndərişinə əsasən "35-36 həftəlik hamiləlik, ölü döl, ciftin hissəvi ayrılması, hipoqlemekiya, anemiya, loporotomiya, aşağı seqmentdə qeysəriyyə əməliyyatı, birinci cərrahi doğuş, endogen intaksikasiya, qaraciyər hepotozu” diaqnozu ilə Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ülviyyə Abbasovanın ölməsi faktına görə Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Bakıda doğuşda ölən analar və körpələrə görə cinayət işi açıldı
 
Qeysəriyyə əməliyyatı

  Faktlar Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən də araşdırılır. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın 42-ciparalel.az verdiyi məlumata görə, hadisə ilə əlaqədar komissiya üzvləri artıq iş başındadırlar.
"Bilirsiniz ki, bütün ana, uşaq ölümləri adıçəkilən komissiya tərəfindən araşdırılır. Son hadisələr hazırda nəzarətimizdədir. Ekspertizanın rəyindən sonra dəqiq demək olar ki, hadisə həkim səhlənkarlığı ucbatından baş verib, ya yox. Bu cür araşdırmalar bir aya kimi davam edir. Günahkar şəxs aşkarlanarsa, sözsüz ki, cəzasını da alacaq".
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
 
 42-ciparalel.az