İranda ölən Qorqudun cənazəsi Bakıya gətirilir (FOTO)

Borca görə xəstəxanada qalan cənazə bu gün axşam paytaxtda olacaq.
Azərbaycanlı ailə İran İslam Respublikasının "Kudəkan" xəstəxanasında dünyasını dəyişən 10 aylıq körpə - Qorqud Dadaşzadənin meyitini xəstəxanadan çıxarıb. Ailə körpənin cənazəsini bu gün Bakıya gətirir. 42-ciparalel.az-ın məlumatına görə, bu barədə uşağın əmisi Şəhriyar Dadaşov bildirib: "Əslində tez çıxmalı idilər, polisdə sənədlə bağlı ləngimə olduğuna görə cənazəni də gətirmək prosesi bir az uzandı. Artıq qardaşım və uşağın dayısı cənazə ilə birgə Təbrizdən çıxıblar, 3-4 saata keçid məntəqəsinə çatacaqlar", - deyə Qorqudun əmisi əlavə edib.
10 aylıq Qorqud Dadaşzadə yanvarın 21-də günorta saatlarında İran İslam RespublikasınınTəbriz şəhərində yerləşən "Kudəkan" (Uşaqlar) xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişib. Adıçəkilən xəstəxananın uşağın cənazəsini yaxınlarına vermədiyi barədə məlumat yayılıb. Qorqud Dadaşzadənin ailə üzvləri ANS TV-yə bildirib ki, 3200 manat borcları olduğuna görə həkimlər uşağın meyitini valideyinlərinə vermirlər. Ailəyə yalnız pulu ödəyəcəkləri təqdirdə uşağın meyitini verəcəklərini bildiriblər.
Məsələ ilə bağlı İran İslam Respublikasının Azərbaycandakı səfirliyi də münasibət bildirib. Səfirliyin mətbuat katibi Məhəmmədrza Nəcəfi Qorqud Dadaşzadənin Təbrizin "Kudəkan” xəstəxanasında vəfatına görə təəssüfləndiyini qeyd edib.

Meyiti verilməyən uşaq
M.Nəcəfi deyib ki, görülən tədbirlər nəticəsində 15 min 500 manat borcdan 12 min 300 manatı İranın xeyriyyə cəmiyyəti tərəfindən ödənilib və hal-hazırda yalnız 3200 manat borc qalıb.
Ötən gün Milli Məclisin deputatı Qənirə Paşayevanın Təbriz Konsulluğu ilə danışıqlar aparmasından sonra xəstəxana qalan məbləğin yarısını ödəmək şərti ilə uşağın meyitini verməyə razılaşıb.

42-ciparalel.az