Təhlükəli xəstəliklə mübarizənin yeni mərhələsinə başlanılır

Bu ilin ikinci yarısından ölkədə uşaqlara yeni peyvənd vurulacaq.
Bu ilin ikinci yarısından ölkədə uşaqlara vurulan peyvəndlərin sırasına daha biri əlavə olunacaq.
42-ciparalel.az-ın məlumatına görə, adı inaktivləşdirilmiş poliomielit olan yeni peyvənd uşaqlara 6 aylığında 1 doza həcmində inyeksiya şəklində vurulacaq.
Bu barədə məlumat verən ölkənin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev hazırda poliomielit xəstəliyinə görə uşaqlara vurulan oral poliomielit peyvəndindən fərqli olaraq yeni inaktivləşdirilmiş poliomielitin tərkibində canlı virusların olmadığını bildirdi:
"İnaktivasiya olunmuş poliomielit peyvəndi 2-ci tip virusların məhvinə yönəldilib. Bu peyvəndin tərkibində canlı virus deyil, yalnız xəstəliyə qarşı immunitet yaradan hissəciklər var. Peyvəndin tətbiqi ilə tədricən oral, yəni damcı vasitəsi ilə olunan poliomielit peyvəndinin aradan qaldırılması nəzərdə tutulur. Yeni peyvəndin təxminən aprel ayından tətbiqini nəzərdə tuturuq”.
Yeni peyvəndin Avropa-Amerika şirkətlərində istehsal olunduğunu vurğulayan baş pediatr bütün digər peyvəndlər kimi inaktivləşdirilmiş poliomielitin də Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq ekspertlər qrupunun rəyi əsasında hazırlandığını diqqətə çatdırdı.

Nəsib Quliyev - Səhiyyə Nazirliyinin baş pediatrı
"Valideynlər arasında bir çox hallarda peyvəndlərin tərkibi ilə bağlı qorxulu şayiələr yayılır. Məsələn, bu peyvənd Hindistanda hazırlanır, tərkibində təhlükəli elementlər var, uşaqların sağlamlığı üçün qorxuludur, filan. Bunlar hamısı yanlış məlumatlardır. Lap vaksinlər Hindistanda hazırlansa belə, bunların hamısı Ümumdünya Səhiyyə Təşkilatının nəzarəti əsasında beynəlxalq standartlara uyğun şəkildə istehsal olunur və bütün dünya ölkələrinə paylanılır”, - deyə Nəsib Quliyev qeyd etdi.
Dövlət tibb müəssisələrində aparılan bütün peyvəndlər pulsuz olduğu kimi, yeni vaksin də ödənişsiz olacaq.
Nəsib Quliyev hazırda uşaqlara 2, 3 və 4 aylıqda vurulan poliomielitə qarşı peyvənd, yəni oral – damcı vasitəsilə peyvəndin istifadəsinin hələlik davam etdiriləcəyini söylədi.

Oral poliomielit vaksini damcı şəklində körpənin ağzına tökülür.
Belə ki, dünyada artıq yaxın gələcəkdə poliomielitin tam ləğvi nəzərdə tutulur. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qarşıya qoyulan məqsəd 2020-ci ilə qədər bu xəstəliyə yoluxmanı tam yox etməkdir.

Bu baxımdan Azərbaycanda da 2018-ci ilə qədər oral poliomielit peyvəndinin tamamilə dayandırılıb yalnız inyeksiya şəklində olan inaktivləşdirilmiş poliomielit vaksininə keçilməsi planlaşdırılır.
Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda 1996-cı ildən sonra poliomielit xəstəliyi qeydə alınmır. Buna görə 2002-ci ildə Azərbaycan poliomielitdən azad statuslu region adını alıb.
1988-ci ildə 125 ölkədə 350 mindən çox poliomelit xəstəsi aşkarlanıb. 2002-ci ildə bu virusun yayıldığı ölkələrin sayı 7, xəstə sayı isə 1918-ə düşüb.
Xəstəlik daha çox isti və rütubətli şəraitli ölkələrdə geniş yayılır. Hazırda Əfqanıstan və Pakistanda qeydə alınan bu virus tam ləğv olunduqdan sonra bütün dünya poliomielitin qlobal ləğvini nəzərdə tutur.
Sinir sisteminin zədələnməsi nəticəsində baş verən poliomielit uşaq iflici xəstəliyidir. Xəstəlik, onurğa beyninin boz maddəsini zədələyir ki, nəticədə insan ömür boyu iflicdən əziyyət çəkir. Virus əsasən, su və qida ilə yoluxur.

Poliomielit uşaqlarda əsasən aşağı ətrafların deformasiyası ilə nəticələnir.
2013-cü ildə Azərbaycanda "Uşaqların icbari dispanserizasiyası haqqında” qanun qəbul edilib. Uşaqların sağlamlığı üçün tibbi nəzarəti nəzərdə tutan qanunda məhz peyvəndlərin vaxtında tətbiqinə görə də valideynlər məsuliyyət daşıyır. Əgər peyvənddən imtina edilirsə belə, imtinanın əsaslı səbəbi yazılı olaraq göstərilməlidir.
Hazırda ölkəmizdə uşaqlar 11 yoluxucu xəstəliyə qarşı peyvənd olunur.

Azərbaycanda tətbiq edilən peyvənd təqvimi
2013-cü ildən isə peyvənd cədvəlinə pnevmokok infeksiyasına qarşı peyvənd daxil edilib. Uşaqlara 1 yaşa qədər 3 dəfə bu vaksin vurulmalıdır. Bu peyvənd isə pnevmoniya, meningit kimi xəstəliklərə yoluxmanın qarşısını alır.
Dünyanın ən inkişaf etmiş ölkələrində də yoluxucu xəstəliklərə qarşı mübarizədə peyvəndlərdən geniş istifadə edilir. Məsələn, qonşu Rusiyada da poliomielit xəstəliyinə qarşı uşaqlar peyvənd olunur. Bu ölkədə körpəyə ilk dəfə 3 aylıqda, ikinci dəfə isə 4 aylıqda inaktivləşdirilmiş poliomielit vaksini vurulur.
Bundan başqa, Rusiyada hepatit b , vərəm, difteriya, qızılca, məxmərək, parotit daxil olmaqla ümumilikdə 12 xəstəliyə qarşı peyvəndləmə aparılır.
Odur ki, övladının sağlamlığını düşünən hər bir valideyn bütün dünya tibb mütəxəssislərinin də tövsiyə etdiyi kimi, uşaqlara vaxtında xəstəliklərə qarşı peyvənd etdirməlidir. İnsan həyatı üçün təhlükəli xəstəliklərə yoluxmamaq üçün körpələrdə immunitet yaradılmasına xidmət edən peyvəndlər məhz azyaşlıların sağlam həyata sahib olmalarını təmin edir. Təbii ki valideyn yalnız peyvəndə əkc göstəriş olduğu hallarda bundan imtina etməlidir. Valideynlərin peyvəndlə bağlı narahatlıq yaradan yanlış məlumatlardan uzaqlaşması üçünsə, görünür, mütəmadi geniş maarifləndirmə tədbirləri aparılmalıdır.

42-ciparalel.az