Bakıda hamilə qadın gənc oğlanlar tərəfindən döyüldü

Ötən gecə saat 01 radələrində bir neçə oğlan gənc xanımı döyüb.
42.ciparalel.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yaşayış kompleksinin həyətində baş verib. Kompleksin həyətində içərisində rəfiqələri ilə birgə olan xanım sürücü başqa bir maşının sürücüsü ilə bir-birinə yol verməmək üstündə mübahisə ediblər. Maşından düşən oğlanlar xanımlarla davaya başlayıblar. Bu zaman onlar həmin xanımlardan birini zərbə ilə yerə yıxıb, sonra isə təpikləyiblər. Yaxınlıqdakı insanlar döyülən xanımı maşına əyləşdirərək su veriblər. Həmin xanımın hamilə olduğu deyilir.Hadisə şahidlərinin bildirdiyinə görə, onlar qadını döyüb ürəkləri soyuyandan sonra maşına minərək aradan çıxıblar. Zərərçəkmiş xanımın rəfiqəsinin sözlərinə görə, həmin oğlanlar qaçarkən bir neçə maşını da əziblər.Daha sonra xanımlar izahat vermək üçün Sabunçu Ryon Polis İdarəsinin 13-cü bölməsinə yollanıblar.
42-ciparalel.az