İlqar Mahmudov: "Birincilər sırasında olmasaq da, axırıncı da deyilik"

{title

  Müsahibimiz Bakı Humanitar Kollecinin direktoru İlqar Mahmudovdur


 -İlqar müəllim, hazırda ali və orta-ixtisas məktəblərinin əsas yaralı yeri semestr imtahanlarıdır. Belə ki, bu prosesdə rüşvətin qarşısını almaq müşkül məsələyə çevrilib. Sizdə bu baxımdan vəziyyət necədir?

 -İlk növbədə, kredit sisteminin tətbiqi ilə bağlı bütün imtahanlar yazılı şəkildə keçirilmir. Tələbələr üçün daha da rahat olsun deyə, biz imtahanları test şəkilində qəbul edirik. Testlər də bir ay əvvəl bütün uşaqlara paylanılır. Testlərəhazırlaşmaq üçün tələbələrin yetərincə vaxtları olur. Bundan əlavə, müəllimlə tələbənin kontaktını minimiuma endirmək üçün sessiya ərzində onlara dərs deyən müəllim tələbədən imtahan götürmür. İmtahan zamanı qeyri-fənnin müəllimi nəzarətçi kimi təyin olunur. Şükür Allaha, imtahan zamanı hazırlanmış imtahan testi ilə tələbə üz-üzə qalır. Belə olduğu halda bütün problemlər aradan qaldırılır.

 -Etiraf edək ki, tələbələrin əksəriyətində ruh düşkünlüyü yaranıb. Onlar bildirirlər ki, oxusaq da-oxumasaq da bizdən rüşvət tələb edirlər. Buna nə deyirsiniz?

 -Mən demirəm ki, neqativ hallar olmur, amma tam əminliklə deyə bilərəm ki, bizdə bunların hamısının qarşısı alınıb.

 -Texnikumda hansı ixtisaslara axın daha çoxdur vəbu nə ilə əlaqədardır?

 -Demək olar ki, texnikumda oxuyan tələbələrin 70%-ni qızlar təşkil edir. Məncə, əksər ailələr qızlarını gələcəkdə orta və musiqi məktəbində, körpələr evi və bağcalarda çalışan, işləyən görmək üçün onlarda ibtidai sinif müəllimi, fortopiano, məktəbəqədər, rəssamlıq, musiqi müəllimi ixtisaslarına yiyələnmələrinə maraq və həvəs oyatdıqlarından bu ixtisaslara axın daha çoxdur. Qeyd etmək istəyirəm ki, rəhbərlik etdiyim müəssisədə yuxarıda adları çəkilən ixtisaslar daha pristijli sayılır.

 -Məktəbi əla qiymətlərlə bitirənlər olurmu?

 -Həddindən artıq həvəslə çalışan əlaçılarımız var. Hətta elə olur ki, yazılı imtahanlarda, məsələn, biz onlara 3 vərəq veririk, elə olur ki, 6 vərəq yazan tələbələr olur. Keçən il bizim tələbələr Konstitusiya Məhkəməsinin keçirdiyi olimpiadada birinci yeri tutdular. Bundan əlavə, əlaçılarımız "Mən azərbaycanlıyam” viktorinasında birinci yerə çıxdılar. Yetərincə savadlı məzunlarımız çoxdur. Tam əminliklə deyə bilərəm ki, biz elə şərait yaratmışıq ki, tələbə dərslərə vaxtlı-vaxtında gəlirsə, bir az da müəlliminin öyrətdiyini qavraya bilirsə, o tələbənin problemi ola bilməz. Bunu mən tam əminliklə deyirəm.

 -Ödənişli əsaslarla tədris edilən ixtisaslardan əldə edilmiş gəlirləri hansı prinsiplər əsasında bölüşdürürsüz?

 -Deməli, büdcədən kənar vəsait toplanır, əvvəl onunla bağlı smeta hazırlanır, ilin əvvəlində həmin smeta Təsil Nazirliyinə təqdim olunur, həmin smetanı təsdiq edəndən sonra vəsait lazımi yerlərə xərclənir. Demək olar ki, 75% -80% müəllimlərə əlavə əmək haqqı ödənilir. Yəni, maddi yardım kimi bayramlarda, ondan başqa, hansısa musiqi alətlərin alınmasına, tələbələrə çox yük olmasın deyə, onların musiqi ixtisasları ilə bağlı xərclərimiz. Məsələn, not dəftərilərinə, lazım olanda, maddi-texniki bazanın əsaslı təmirinə, hansısa bir dəftərxana ləvazimatına, kompüterlərin alınmasına xərclənir.

 -İl ərzindənə qədər tələbə qəbul edirsiniz?

 -Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına keçən il üçün planda nəzərdə tutduğumuz 411 yer vermişdik. TQDK plandan artıq 116 tələbəni də ixstisas almaq üçün müəssisəmizə göndərdi. Beləliklə, auditoriyalarda yerlər doldu.

 -Artıma səbəb nə idi?

 -Belə düşünürəm ki, reytinq baxımından öndə olduğumuz üçün və ixtisaslarımız günün tələblərinə cavab verdiyinə görə, burada təhsil alan tələbələrə ixtisaslarını onlara dərindən mənimsədən müəllimllərin tədris etməsi, şəraitin yüksək səviyyədə olması kollecə marağı artırmışdır. Kollecin məzunu bu günün kadırıdırsa, nə üçün də axın olmasın? Bir də ki, Bakı çox da böyük şəhər deyil. Hamı, demək olar ki, bir-birini tanıyır. Kollecdə təhsil alan tələbələrin qohum-əqrabası, qonum-qonşusu görəndə ki, ixtisas baxımından kadr hazırlığı keyfiyyətlidir, nəyə görə də axın olmasın.

 -Belə çıxır ki, başqa texnikumlarla müqayisə edib, bura üz tuturlar?

 -Biz birincilər sırasında olmasaq da, axırıncı da deyilik.

 -Özünüz barədə məlumat verərdiniz...

 -1975-ci il iyunun 2 də Bakı şəhərində anadan olmuşam. 1992-ci ildə Bakı şəhər Nəsimi rayonunda yerləşən 211 saylı orta məktəbi gümüş medalla bitirmişəm. Həmin ildə BDU-nun beynəlxalq hüquq fakültəsinə qəbul olunmuşam. 1997-ci ildə BDU-nu fərqlənmə diplomu ilə bitirib, Təhsil Nazirliyində işə qəbul olunmuşam. 2003-cü il oktyabr ayına qədər Təhsil Nazirinin köməkçisi və kolleqa katibi vəzifələrində çalışmışam. 2003-cü ildən Bakı Humanitar Kollecinə rəhbərlik edirəm. Ailəliyəm. 2 övladım var.

 


 Mehriban Məmmədzadə