Xəzər rayon Polis idarəsinin rəisi, Polis Polkovniki Azər Muradov.

{title

42-ciparalel.az
 

Azərbaycan Respublikası Daxili işlər Nazirliyi

Xəzər rayon Polis idarəsinin rəisi, Polis  Polkovniki  Azər Muradovdur


Heydər Əliyev Azərbaycanda insan hüquqlarının qorunmasının  memarıdır  


İctimai təhlükəsizlik, insan hüquqlarının təminatı, beynəlxalq hüquq konvensiyalarının zəruri şərtlərinə əməl olunması və bir çox digər aspektlər baxımından problemlər yaranırmı?

Ötən əsrin 40-cı illərindən başlayaraq, insan hüquqlarının ən yüksək səviyyədə təmin edilməsi sivil inkişafın qaçılmaz zərurəti kimi gündəmə gəldi. İnsan hüquq və azadlıqlarının təmini sahəsində yeni bir mərhələnin əsası qoyuldu. Beləliklə, əsas insan haqları - yaşamaq, azadlıq, bərabərlik, mülkiyyət və təhlükəsiz yaşamaq hüquqları demokratik ölkələrin başlıca məqsədinə çevrildi. Bəşəriyyətin yeni inkişaf dövrünə qədəm qoyduğu XXI əsrdə də hər bir ölkənin sivil, demokratik inkişafı ilk növbədə onun insan hüquq və azadlıqlarına necə əməl etməsindən, demokratik dəyərlərə sadiqliyindən asılıdır. Bu müstəvidə də müasir dünyanın ictimai-siyasi və sosial-iqtisadi inkişafının əsasında insan hüquqlarının yüksək səviyyədə təmin edilməsi dayanır. Bütün bunları nəzərə alaraq, Azərbaycan  demokratik inkişaf yolu ilə irəlilədiyini bəyan edərək, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təminatı məsələsini özünün mühüm vəzifələrindən biri elan etmişdir.

Qeyd edim ki, ölkədə siyasi sabitlik yaradılmış, iqtisadi inkişaf, insan hüquq və azadlıqlarının təmin olunması prosesi uğurla həyata keçirilmişdir. Deyilənlər qanunvericilikdə necə tənzimlənir?

İnsan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu məqsədə nail olmaq üçün Azərbaycan Respublikasında qəbul edilən qanunların ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının təmin olunmasına yönəldilməsi zəruridir. Ölkədə yaranmış qanunyaradıcı təcrübə göstərir ki, qanunların hazırlanması zamanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr rəhbər tutulur.

Azərbaycanda insan hüquqları və azadlıqlarının bərpa olunması, inkişaf etdirilməsi siyasətinin özülü Ulu Öndər  tərəfindən qoyulmuşdur. Məsuliyət daşıyaraq bir polis rəisi olaraq üzərinizə hansı öhdəlikləri götürmüsünüz?

Heydər Əliyev Azərbaycanda insan hüquqlarının qorunmasının memarıdır. Onu da deyim ki, Azərbaycanda insan hüquqlarının qorunması, qanunların hamı üçün aliliyinin təmin edilməsinin əsası Heydər Əliyevin ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycana rəhbərlik etməyə başlamasından sonra qoyuldu. Ulu Öndər Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən sonra bütün diqqətini ölkədəki qanun pozuntularının qarşısının alınmasına, insan hüquqlarının qorunmasına yönəltdi.  Bununla da Heydər Əliyev ölkəmizdə insan hüquqlarının müdafiəsi qanunlarını aliliyinin qorunması məsələsini dövlətçilik fəaliyyətinin əsas prioritet sahələrindən birinə çevrilmiş oldu. Bütün bunları isə Heydər Əliyevin o dövrdə insan hüquqlarının qorunması və qanunların aliliyinin təmin edilməsi sahəsində apardığı şərəf dolu mübarizəsinin zirvəsi hesab etmək olar.Bir sözlə, həmin dövrdə ümummilli lider dərin zəkası, qeyri-adi idarəçilik keyfiyyətləri ilə  qanunçuluğu, insan hüquqlarının qorunmasını təmin etmək və bu yolla dövlətçilik ənənələrini yeni zirvələrə qaldırmaqla, Azərbaycanın gələcəkdə müstəqilliyi üçün zəruri hüquqi baza formalaşdırmış oldu. Heydər Əliyev ədalətli və müdrik dövlət rəhbəri kimi yaxşı bilirdi ki, hər bir dövlətin gələcəyi yalnız qanunların işləməsindən, insan hüquqlarının qorunmasından asılıdır. Biz də öz növbəmizdə hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi yolunda yorulmadan çalışmağı qarşımıza məqsəd qoyaraq, daima  
öhdəliklərimizi yeni müstəqil dövlətin milli inkişaf yolunun başlanğıcdan düzgün müəyyənləşdirilməsi onun mövcudluğunun qorunub saxlanılması və gələcək tərəqqisi üçün sərf etməyə hazırıq.



 
Mehriban Məmmədzadə.