“Bizim artıq çox ölkələrin konservatoriyaları ilə anlaşma memorandumumuz var”

Müsahibimiz: Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, bəstəkar Siyavuş Kərimidir.
- Siyavuş müəllim, Azərbaycanda uzun illərdir ki, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyası fəaliyyət göstərdiyi halda, Azərbaycan Milli Konservatoriyasının yaradılması hansı zərurətdən doğdu?
Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyası əvvəllər Azərbaycan Dövlət Konservatoriyası olub. 1976-cı ildə həmin Konservatoriyanın Xalq Çalğı Alətləri kafedrası fakültəsini bitirmirşəm. O zaman Azərbaycan Milli Musiqi alətləri həmin Konservatoriyada yalnız bir kafedra şəklində fəaliyyət göstərirdi. 2000-ci ildə Ulu Öndərimiz Azərbaycan Milli Musiqi mədəniyyətinin inkişafı, onun tədrisi, təbliği və inteqrasiyası ideyası ilə Milli Konservatoriyanın yaradılması ideyasını irəli sürdü. Bilirsiniz, bu gün gördüyünüz kimi Milli Konservatoriya indi fəaliyyətə başlayandan sonra əlbəttə ki, dövlət qurumlarının eləcə də dəstəyi nəticəsində Azərbaycan Milli Musiqisi nə qədər böyük inteqrasiyaya və nə qədər böyük inkişafa nail olubdur. Əlbəttə ki, biz bu günləri Azərbaycan Milli Musiqisinin əldə etdiyi səviyyəni 20-30 il bundan əvvəlki, illə müqayisə edə bilmərik, çünki çox böyük artıq fərqi var. Muğamlarımız, aşıq musiqilərimizin, ümumiyyətlə musiqi tariximizin, ifaçılıq musiqi pedaqogikası bu istiqamətdə çox rənga-rəngdir. Bu günləri yeni sahələr açılır.
-Yaradıcılıq və rektorluq bir arada sizin yaradıcılığınıza mane olmur və sizi yormur ki?
Mənə elə gəlir ki, yaradıcılıq sözü tək sənətə və incəsənətə aid olmamalıdır. Yaradıcılıq hər bir sahədə ola bilər və əgər öz işi və öz tutduğu mövqeyə yaradıcı münasibət bəsləyirsənsə orda inkişaf gözləmək olar. Elə sahələr var ki, dinamikdir, amma nəticəni bir günə, bir həftəyə, bir aya, bir ilə ala bilmirsən. Məsələn təhsil sahəsi. Təhsil sahəsində sən qoyduğun, sərf etdiyin gücü hansı bir şagirdə, 10 ildən sonra sən onun bəhrəsini görəcəksən, amma musiqidə o bir ilin içində elə simfoniya yaradır ki, inanılmaz olar. Elə bir şey olur?! Onun emosional durumundan əvvəlki istəyindən, daxili gücü və qüdrətindən əlbəttə ki, çox şey istəmək olar.Amma sənin imkanın buna yol verirsə.
- Bildiyimiz kimi hazırda ölkəmizdə caz inkişaf etsə də, rok janrı onun qədər inkişaf etməyib. Sizin, Azərbaycan Milli Konservatoriyasında rok janrına şərait yaratmaq fikriniz varmı? Azərbaycanda rok janrının inkişaf edə bilməməsinin səbəbini nədə görürsünüz?
Əvvəla onu deyim ki, rok janrı əgər dünyada bütün janrlar arasında ən izdihamlı, daha çox gənclərin marağında ola biləcək bir janrdır. Rok janrı stadionlar yığır. Vaxtı ilə özüm rok ifaçısı olmuşam. Yəni, mən bu məktəbidə keçmişəm və onu qeyd edə bilərəm ki, həm də bu etiraz musiqisidir. Rok janrı, bilirsiniz bu günləri Azərbaycanda və dedim ki, etiraz janrıdır. Mən özüm onları axtarıram. Bu günləri haqqında danışdığımız musiqi zirzəmi musiqisi sayılır. Zirzəmilərdən çıxarmaq üçün onlara yəqin ki, köməklik etmək lazımdır. Onu deyə bilərəm ki, rok janrının tədrisi Azərbaycan Milli Konservatoriyasında belə bir şey nəzərdə tutulmur. Yoxdu bu rok janrı, ümumiyyətlə, heç bir yerdə tədris etmirlər. Sonralar caz-rok janrına keçdim. O zaman rok mədəniyyəti ilə mənim tanışlığım var idi. Və sonralar təmasım olmuşdur. Caz musiqisi ilə daha maraqlanmağıma baxmayaraq ki, mən tək çalırdım. 1980-ci ildə də ilk dəfə Azərbaycan Milli alətlərinin ifaçısı olaraq caz janrında tətbiq eləyən musiqiçi mən oldum. Rafiq Babayevlə 1980-ci ildə biz caz kompazisiyası çalırdıq və mən udda ifa edirdim. Onlar hamısı pioninoda, saksafonda və bir çox alətlərdə ifa edirdilər.
- Son zamanlar Azərbaycanda bədii film və serial çəkilişləri geniş vüsət almağa başlayıb. Sizə bəstəkar və ya aktyor təklifləri olurmu?
Aktyor kimi mənə çox təkliflər olub. Filmdə baş rolda,oynamışam. Çox yaxşı qəbul olunub. Rejisorlar o zaman, Eldar Quliyev deyib ki, sən də pis alınmır. Mənim aktyor dostlarım var, onlar mənə deyir ki, pianino çalma. Münasibətlərimiz də normaldır. Mənə elə təkliflər var. Və mən sadəcə filmlərə musiqi yazmaq işi ilə kifayətləndim. Mənə hər bir film üçün musiqi sifarişi gəlir. İndi Çingiz Abdullayevin "Dobra i zla”, "Paterimıy manatı” bax belə bir şeydi. Ssenarisi Yavər Rzayevdir. Yavər Rzayevlə artıq mən işləmişəm: "İlahi məxluq”, "Sarı gəlin”.
- Müsahibələrinizin birində qeyd etmisiniz ki, "Rektor kimi mən iki məqsədə nail olmaq istəyirəm. Birincisi Milli Konservatoriyasının diplomlarının digər ölkələrdə tanınması, ikincisi isə, Azərbaycan musiqisinin bütün dünyaya inteqrasiyası”. Nail ola bilmisinizmi?
Azərbaycan Milli Konservatoriyanın Milli diplomları çoxdan tanınır. Bizdə çox xarici tələbələr oxuyur. Bizim artıq çox ölkələrin konservatoriyaları ilə anlaşma memorandumumuz var. Düzdür tanınmağa diplomların daha çox israrlıyıq. Türkiyə Respublikasında, onlar da Azərbaycan musiqisinin Ali məktəblərdə diplomlarını tanıyırlar. Yəni burada gözləmək ehtimalı yoxdur. Bu inteqrasiya üçün əlbbətdə ki,dövlət dəstəyi lazımdır .Bu orkestr Amerikanın senatı üçündə çalır, Londonda kraflar üçün çalır, Almaniyada hal-hazırda Drezdendə, Afinada,Parisdə, Şanxayda hara olur olsun, hər yerdə bu ifa qəbul olunur.Hal-hazırda, Azərbaycan musiqisinin, Azərbaycan simfonik musiqisinin tərəqqisi var. Azərbaycan musiqi ifaçılığının böyük nailiyyətləri var. Hər bir mötəbər səfərlərdə Azərbaycan Milli Konservatoriyası nümayəndələri mütləq iştirak edir. İstər tələbə, istərsə də müəllim. Bizim Ali məktəb başqa Ali məktəblər arasında ən kiçikdir, amma buna baxmayaraq, ən kiçiik olduğu halda ən böyük, bütün ali məktəblərdən populyardır. Bizdə elə hamısı tanınmış simalardır. Arif Babayev, Alim Qasımov,Aygün Bayramova, Ağaxan Abdullayev, Nəzakət Teymurova, kimi tanınmış sənətkarlarımız var. Düzgün musiqinin eksportu mədəniyyətin eksportudur. Hesab edirəm burda təhsil alan xarici tələbələrdən asılıdır. Mən, bu barədə demişdim. Bizdə dünyanın müxtəlif ölkələrindən tələbələr oxuyur. İsraildən ,İrandan, Türkiyədən, Amerikadan, Koreyadan tələbələrimiz var. Koreyalı tələbədən soruşmuşdum ki, sən xeyir ola xanəndəlik öyrənirsən?
Koreya hara Azərbaycan hara? Sən neynirsən bunu? Əvvəla mənim xoşuma gəlir. İkincisi də mən gedib onun məktəbini açacam və tələbə yetişdirəcəm”. Mən bir az oturdum bu barədə fikirləşdim. Bu gəlir nəsə öyrənir və özü ilə aparır. O, burdan gedəndə Arif Babyevin, Alim Qasımovun, Ağaxanın Abdullayevin disklərini, kasetlərini aparacaq, deyəcək bax, mən də öyrənmişəm. Bunlar Azərbaycanın gözəl oxuyanlarındır. Mən fantaziyadan güclüyəm(gülür). Təsəvvürünüzə gətirin ki, 25 il keçir, 30 il keçir. Koreyadan hansı bir muğam ifaçısı Azərbaycanda konsert verməyə gəlir.
- Bəstəkar kimi yaradıcılığınızda hansı yenilikləriniz var?
Bəstəkarlıq ən əvvəl hesab edirəm ki, müqəddəs bir işdir. İkinci biz musiqiçiyik. Biz bu kişinin çörəyini yeyirik ( Ü.Hacıbəyovun portretini göstərir). Hər vaxt artıq görülmüş iş haqda söyləmək olur. İrəlidə, qarşıda hansı bir yaradıcı iş hələ bir duman arxasındadır. Sən onu hələ özəlləşdirməmisən. Sən onu hələ necə deyim qucaqlamamısan. Yeniliklər hər dəqiqə var. Siz gəlməmişdən əvvəl mən oturmuşdum royalın arxasında çalırdım. Yenilik idi. Düzdü mən heç bilmirdim,amma dedim pis deyil, yaxşıdı. Bir azdan sonra durub üstündə yenə işləyəcəm. İndi bilmək olmaz. O yenilik hər zaman var. Mən danışıram, mən görürəm. Bu da mənim üçün yenilikdir. Bəzən elə şeylər deyirəm ki, mənim özümə yeni bir tapıntı kimi görünür.
- Bizə vaxt ayırdığınız üçün təşəkkürümüzü bildiririk. Və hansı sual sizin ürəyinizdən idi və daha hansı sualın səslənməsini istərdiniz? Verdiyiniz bütün suallar ürəyimə yatdı. Mən hər sualı eşitməyə hazıram.
-Yəni bu gün Sizi nə narahat edir?
(Ah çəkir). Məni narahat eliyən, narahat olmağa əslində çox məsələlər var. Amma ən gözəl ölkədə yaşayıram, gözəl şəhərdə yaşayıram, gözəl qadınlar olan şəhərdə yaşayıram. Nədən narahat olmalıyam ki! Amma məni qane etməyən, düşündürən mənim övladlarımın gələcəkdə onların ətrafında kimlərin olması məsələsidir. Kimin ətrafında onlar böyüyəcəklər, necə böyüyəcəklər. Bax, əlbəttə ki, əmin-amanlıq istəyirəm, əlbəttə ki, Allahdan diləyirəm ki, hər şey yaxşı olsun. Heç bir bəla, heç bir təbii fəlakət olmasın.
-İnsana xas olan arzular...
-Sağ olun. Sizə təşəkkür edirəm.