Adım fəal deputatlar arasında olub

{title

42-ciparalel.az
 

Müsahibimiz: Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili? Iqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimlidir

 

 

-Əli müəllim, sizcə cəmiyyət üçün Azərbaycanda aparılan islahatların hansı sahəsi daha vacibdir?

Azərbaycan sovet sistemindən və mərkəzləşmiş komanda iqtisadiyyatından bazar münasibətlərinə keçməkdən ötrü, mülkiyyət münasibətlərinin dəyişdirilməsi,bazar münasibətlərinin tələblərinə cavab verən maliyyə,kredit,vergi,pul sisteminin yaradılması və sair istiqamətlərdə, eləcə də aqrar sahədə əsaslı islahatlar həyata keçirdi.Bununla paralel olaraq sosial proseslərin tənzimlənməsi,təhsil islahatları, cəmiyyət həyatının digər sahələrində də islahatlar getdi.Azərbaycan dünyanın tanınmış transmilli şirkətləri ilə bağladığı neft müqavilləri həmin islahatların maliyyə təminatının gücləndirilməsi baxımından mühüm rol oynadı.Neft müqavilələri Xəzər dənizinin karbohidrogen resurlarını dünyaya açdı və geopolitik anlamda Azərbaycanın önəmini artırdı. Bu müqavilərin reallaşması ilə Azərbaycan qlobal energetika arenasında zəruri oyunçuya çevrildi və XXI əsrin energetika siyasətinə önəmli korrektələr verə bildi.Neft müqavillərinin reallaşması sayəsində Azərbaycanın iqtisadi potensialı həm lokal, həm regional, həm də qlobal miqyasda real nəticələr verməyə başladı,ölkəmizin regionda güclü mövqeyə çıxmasına təkan verdi. Dünyanın aparıcı şirkətləri Azərbaycana gəldi.İri kapitalın Azərbaycana gəlişi orta kapitalın da gəlişinə yol açdı. Neft müqavilləri müstəqilliyimizə real məzmun verilməsində özünəməxsus rol oynadı.Neft müqavilələrinin reallaşması Azərbaycanın transformasiya böhranından çıxmasını asanlaşdırdı,dünyanın sürətli inkişaf edən ölkələri arasında öndə gedənlərdən birinə çevrilməsində mühüm rol oynadı. Azrbaycan Dövlət Neft Fondunun yarandığı 15 il ərzində həmin Fonda 120 milyard dollara qədər maliyyə resursu gəlb edə bildik.Azərbaycana yüz milyard dollarla ölçülən sərmayələrin axınında neft müqavilələri mühm rol oynadaı.İri kapitalın Azərbaycana gəlişi,orta kapitalın da gəlişində yol açdı.Azərbaycan iqtisadiyyatına yüz milyard dollarla ölçülən, təkcə son 10 ildə isə 160 milyard dolardan artıq sərmayə qoyuldu.Ölkədə kifayət qədər valyuta ehtiyatları topmanımması mühüm həyati əhəmiyyət kəsb edən çoxsaylı sosial və infrastruktur layihələrinin həyata geçirilməsində mühüm rol oynadı. Güclü iqtisadi potensiala malık olmasına baxmayaraq, təkcə digər müttüfiq respumlikalarla mal mübadiləsində 2 milyard dollardan artıq(o vaxt 2 milyard dollar indikindən qat-qat böyük məbləğ idi) pul itirən Azərbaycan, əgər sovet dönəmində sosial göstəricilərinə görə SSRİ-yə daxil olan 15 respublika arasında 12-14-cü yerlərdə qərarlaşmışdısa,yəni axırdan 2-4-cü yeri tuturdusa, bu islahatların nəticəsi kimi, indi Baltikyanı ölkələri də nəzərə almaqla keçmş SSRİ-yə daxil olan yeni müstəqil dövlətlər arasında 6-cı, MDB məkanında isə Rusiya və Qazaxıstandan sonra 3-cü yeri(bəzi illərdə Belarus bir qədər önə çıxıra bilir) tutur. Bu cür mütərəqqi dəyişikliklərdə islahatlarla, digər vacib amillərlə yanası, neft müqavilələrinin də reallaşmasının sosial effiktinin mühüm rolu olmuşdur.

Azərbaycan adambaşına ÜDM istehsalına görə185 ölkə arasında73-cü yeri tutur. 1995-ci ildən 2010-cu ilə kimi Azərbaycanın İnsan inkişafı İndeksi 27% artaraq 0.563-dən 0.713 qədər yüksəlmişdir. BMTİP-in 2010-cu il üçün qlobal İnsan İnkişafı Hesabatına əsasən 169 ölkə arasında 100-cü yerdən 67-ci yerə yüksələn Azərbaycan indiyə qədər aid edildiyi "orta insan inkişafı” ölkələri kateqoriyasını tərk edərək "yüksək insan inkişafı” kateqoriyasına daxil edilmişdir. Ölkəmiz 2000-2010-cu illər üzrə İnsan İnkişafı İndeksinin orta illik artım tempinin 1.77 olması ilə və sonrakı illərdə də mütərəqqqi meylləri saxlamaqla keçmiş Sovet İttifaqı məkanında qabaqcıl bir ölkəyə çevrilmişdir.

Bununla belə fikrimizcə, əldə edilmiş sosial təticələr, eləcə də adambaşına ÜDM və insan inkişafı göstəriciləri Azərbaycanın potensial imkanlarından çox aşağı bir göstəricidir.Ona görə də biz innovasiyalı inkişaf modelinə keçməli və həmin modelin reallaşdırlmasndan ötrü,cəmiyyəthəyatını bütün sahələrinə islahatları dərinləşdirməliyik. Bir vaxtlar Yaponiyanın baş nazirindən soruşanda ki, heç bir resursu olmayan Yaponiya nevə olub ki, inkişafın belə yüksək səviyyəsinə çatıb, Baş nazair bildirmişdi ki, digər şərtlərlə yanaşı, biz hər şeydən əvvəl təhsilin keyfiyyətini artırdıq, müəllimə nazir kimi maaş verdik, lazımı şərait yaratdıq.....Biz də iqtisadi islahatları dərinləşdirmklə yanaşı həm də elm,təhsil,səhiyyə, mədəniyyət sahəsində radikal islahatlar həyata keçirməli və həmin sahələri dünyanın nümunə ola biləcək standartları səviyyəsinə qaldırmalıyıq.

-Milli Məclisin üzvü kimi daha çox nəyə diqqət yetirirsiniz, qanunvericilik prosesinə, yoxsa seçicilərlə işə?

Milli Məclisin deputatı kimi, həm qanunvericilik sahəsində bacardığımızı edirik, həm də seçicilərlə işləyirik. Qanunvericilik təşəbbüsü sahəsində xeyli iş görə bilmişik. Biz deputat həmkarım Vahid Əhmədovla birlikdə Vergi Məcəlləsinə çoxsaylı təkliflər hazırlayıb,təqdim etmişik.Sovet dövründən qalma əmanətlərin qaytarılmsına dair(həmin əmanətlər arıq xüsusi prüzident fərmanı əsasında qaytarıldı), Təhsil kreditləri haqqında qaunun layihəsi, Reklam haqqında qanun layihəsi hazırlayıb Milli Məclisə təqdim etmişik.İpoteka kreditlərinə dair, xalq evləri barədə təkliflərimizi vermişik."Təhsil qanunu”a əlavə dəyişikliklər üzərində işləyirik.

Seçicilərlə iş zamanı həm seçiciləri deputatı olduğum Şəkidə, eləcə də Bakıda qəbul etmək, həm onların yazılı müraciətləri əsasında aidiyyatı orqanlara yazılı və şifahi müraciət edirik. Son illər həm də internet üzərundən seçicilərin müraciətlərinə operativ cavab vermək üsullarından istifadə edirik.Bununla yaşaşı köməkçim ayda 2-3 dəfə Şəki ofisimizə olan müraciətləri gətirir və onların əsasında da aidiyyatı orqanlara çıxırıq.

- Sizin üçün Milli Məclisdə qanunvericilik prosesində komitələrdə işləmək maraqlıdır, yoxsa plenar iclaslarda iştirak etmək?

Milli Məclisə daxil olan qanunvericilik sənədləri əvvəlcə aidiyyatı orqanların iştirakı ilə bir komitədə və ya qanun layıhəsinin mahiyyətindən asılı olaraq birləşmiş iclaslarda iki və daha çox komitədə baxılır. Qanun layıhəsi komitədə baxıldıqdan sonra müvafiq düzəlişlərlə plenar iclasa çıxarırılırsa, artıq həmin komitənin üzvlərinin vaxta qənaət etmək məqsədilə plenar iclasda çıxış eləməsinə ehtiyac qalmır.Bəzən elə olur ki,qanun layihəsini təqdim edən tərəf hansısa obyektiv və subyektiv səbəblər üzündən plenar iclasa qədər komitədə deyilən iradları düzəltmir və ya kosmetik əl gəzdirməklə kifayətlənir.Belə hallarda plenar iclasda həmin layihəni sərt tənqid edirik ki, çatıçmazlıqları düzəltsinlər. Bu baxımdan komitədə işləməyin oz maraqlı tərəfi, plenar iclasdakı çıxışların isə öz yeri var.

-Vətəndaşlarla işdə ən vacib məsələ nədir?

Vətəndaşlarla işdə ən vacib məsələ onun probleminin həlli zamanı vətəndaşla dövlət-hakimiyyət orqanı arasında uğurlu əlaqələndirici rolunu oynamağı bacarmaqdı.... Vətəndaşlara işdə iki vacib məqamdaha önəmlidir: Birincisi, vətandaşın müraciəti qanunvericiliyə nə dərəcədə uyğundur?. Müraciət qanun vericiliyə uyğun olanda, onu həll etmək olur. Amma vətəndaş özünü haqlı saysa da, qanunda başqa şey yazılıbsa,çox çətin vəziyyət yaranır.Bundan əlavə mənə müraciət edənlərin 80 faizindən çoxu Şəkidən olan öz seçicim yox, Bakıdan və Azərbaycanın müxtəlif regonlarından olan insanlardır.Bu isə əlavə problemlərin həllini tələb edən vəziyyət yaradır.

-Seçicilərinizin problemlərini həm də qəbul etdiyiniz qanunlarla həll edirsiniz. Necə hesab edirsiniz, Milli Məclisdə qanun layihələrinin müzakirəsi zamanı ictimai dinləmələrin keçirilməsi lazımdırmı?

Əlbəttə lazımdır,amma bu formal xarakter daşımamalıdır....Milli Məclisə daxil olan qanun layihələri komitələrdə müzakirə olunanda, həmin sahə üzrə mütəxəssislər dəvət olunur.Bundan əlavə qanun layihəsi plenar iclasda birinci oxunuşdan keçəndən sonra. Milli Məclisin saytında yerləşdirilir və ictimai müzakirəsi təşkil olunur. Bir də beynəlxalq ekspertlərlə bircə işlənib hazirlanan qanun layıhəlri, həm Azərbaycanda həm də müvafiq təşkilatların mütəxəssislərinin iştirakı ilə geniş müzakirədən keçirilir.Bununla yanaşı iri miqyaslı diqqət tələb edən qanun layihələrinin həm dəyirmi masalarda,həm də kütləvi informasiya vasitələrində geniş şəkildə ictimai müzakirələrini keçirmək və bu zaman ölkəmizin tanınmış mütəxsisilərin və QHT-ləri də bu işə cəlb etmək işin xeyrinə olar.Məsələn, biz sovet dövründən qalan əmanətlərin qaytarılasına dair, eləcə də təhsil kreditləri haqda qanun layıhələrihazırladıq və onların ictimai müzakirələrini təşkil etdikdən sonra Milli Məclisə təqdim etdik. Yeri gəlmişkən Azərbaycanda ilk dəfə Bak-Şəki arasında məsafədən ictimai müzakirəni Təhsil kreditləri ilə bağlı biz təşkil edə bilmişik.

-Sizcə, qanun layihələrinin müzakirələri harada keçirilməlidir-komitələrdə, yoxsa plenar iclasda?

Müvafiq qanunvericiliyə uyğun surətdə qanun layihələrinin müzakirələri həmin müzakirənin bir-birini tamamlayan iki mərhələsi kimi, həm komitələrdə, həm də plenar iclaclarda keçirilir. Komitlərdə qanun layıhəsinə ümumu baxış olur və əsasən bir vacib suala cavab verilir: komitəyə təqdim olunmuş qanun layıhəsi plenar iclasa təqdim olunmaq səviyyəsindədirmi?Əgər bu suala müsbət cavab verilirsə, layihə plenar iclasa təqdim olunur. Əks halda üzərində işlənildikdən sonra plenar iclasa çıxarılır.Plenar iclasda isə birinci oxunuşda qanun layıhəsi konseptual baxımdan müzəkirə olunur və ikinci oxunuşa çıxarlması məqbul hesab edilib-edilməməsi ilə bağlı səsə qoyulur. İkinki oxunuşda isə layihə artıq bənd-bənd detal xarakterli məqamları əks etdirmklə müzakirə olunur.Əgər ikinci oxunuşda deputatlar tərəfindən deyilənlər nəzərə alınıbsa, onda qanun layıhsi 3-cü oxunuşa çıxarılır və qəbul olnur.

1. Deputat olaraq tədqiqat mərkəzləri və QHT-lər tərəfindən verilmiş təkliflər əsasında qanun layihələrinin hazırlanmasını səmərəli hesab edirsinizmi? Bu məqamda ictimai təklifləri necə dəyərləndirirsiniz?

Mən qanun layıhələrinin müzakirəsi zamanı həm rəhbərlik etdiyim İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun əməkdaşlarının təkliflərindən, həm mənə təklif göndərən mütəzxəssislərin xidmətindən, həm də QHT-lrin təkliflərindən faydalanıram. Mən QHT-lərin tədbirlrində iştirak edəndə, müraciət edirəm ki, əgər hər hansı bir qanuna əlavə və təklifli varsa versinlər, üzərində işləyib, təqdim edək.Məsələn, işçinin işdən çıxarılması zamanı həmkarlar təşkilatının rəyi ilə bağlı məsələnin qanunvericiliyə salınması məsələsində mən müvafiq QHT-lər tərəfindən bizə təqdim olunmuş layihədən istifadə etmişəm. Bizim mütaxəssislərlə birgə həmin layihənin üzərində işləyib, plenar iclasa çıxarmaq səviyyəsinə çatdırdıqdan sonra biz bu məsələni plenar iclasa qaldırdıq.

2. Əli müəllim, çıxışlarınızın birində "Maliyyə Nazirliyinin əsasnaməsi yenidən işlənilməli və qurumun səlahiyyətləri artırılmalıdır” demisiniz. Bu təklif nə zaman reallaşa bilər?

Biz bu təklifi təsadüfən verməmişik.Azərbaycanda neft hasilatının pik mərhəlsi arxada qalıb. Artıq biz 2008-ci illərdə olduğu kimi büdcə gəlirlərini fantastik sürətlə- 77 faiz xərclərini 79 faiz artıara bilmərik. Əvəzində büdcə vəsaitindən öz təyinatına görə istifadənin səmərəliliyinin artırılması ilə bağlı işlərdə ciddi dönüş yarartalmlıyıq. Bundan ötrü biz təklif etdik ki, Dövlət Maliyyə Nəzərati haqqında qanın layihəsi hazırlansın, qəbul edilsin və həmin qanunu tələblrinə uyğun surətdə Maliiyyə Nazitliyinin də əsasnaməsində onun nəzarət funksiyalarının gercəkdən artırılasına imkan verən dəyişikliklər edilsin.Bundan ötrü dövlət maliyyə nəzərəti haqda qanun layıhəsi hazırlanıb qəbul edilməli və bundan sonra müvafiq prezident fərmanı olmalıdır.

3. Milli Məclisin aktiv deputatları sırasında Mehriban Əliyevanın, Fərəc Quliyevin, Fəzail Ağamalının, Qənirə Paşayevanın, Fazil Mustafanın adları çəkilir. Siz necə...

Mənim deputat olduğum müddətdə keçirilən müxtəlif yönlü sorğuların xeyli hissəsində adım fəal deputatlar sırasında olub. Düzü, əvvəllər buna müəyyən dərəcədə əhəmiyyət verirdim. Sonra saytlardan birindəki açıq-aşkar saxtakarlıqla üzləşəndən və bəzən iclaslarda bir-iki dəfə çıxış edən deputatın da adını həmin siyahılarda gördükdən sonra marağım söndü....Məncə əsas meyar sübyektivlikdən xilas ola bilməyən, bəzən də nəticəsinə əl qatılan elə sorğular yox, ictimai rəydir.İctimai rəydə isə deputat olub-olmamağımdan asılı olmayaraq şükür Allaha ki, problemim yoxdur.

 

"42-ci Paralel” Jurnalının

Baş redaktoru: M.Məmmədzadə

(+99455) 345 56 66;