"Həyat paradoksdur..."

"Həyat paradoksdur..."
-Nəriman müəllim,necə yaşayırsınız,işləriniz necədir?
Sağ olun qızım,pis deyil.Xalqımın da,dövlətimizində şairə,sənətkara daimi qayğısını,diqqetini görürəm.Oğluma,qızıma baxıb sevinirəm.Biri mənim atamdır,biri anam.Onlar mənim səadətimdir.Vaxtılə böyük yazıçı,alim,pedaqoq,şəxsiyyər kimi əvəzsiz olan Mir Cəlal mənə atalıq etmişdir.Bu barədə mətbuatda da dəfələrlə demişəm.
Mir Cəlalla görüşüm,mənim taleyimlə görüşüm idi.
İndi böyük əbidin oğlu akademik Arif Paşayevin yanındayam.Milli Aviasiya Akademiyasının rektorudur.Orada kafedra müdiri işləyirəm.Kurturoloqiyadan,dünya mədəniyyəti tarixi və ədəbiyyatdan mühazirələr oxuyuram.Arif müəllimin şəxsi təşəbbüsü və köməyilə”Kulturologiya”dərsliyi də yazmışam.
-Nəriman müəllim, şerdən söhbət getmişkən,şerlərinizin birində demişsiniz ki,”bu dünya bir nərdivandır.Qalxanda mehriban,enəndə nə yamandı”.Çox məhşur nəğmədir. Sizin ömür nərdivanınızda qarşınıza sadəcə yaxşı adamlar çıxıb,yoxsa?...
Nəriman müəllim, şeri deməyə davam etdi...
Bu dünya nərdivandı.
Qalxanda
mehribandı,
Enəndə nə yamandı.
Görüşdük pillələrdə,
Yolun yarısında biz.
O qalxırdı bu dəmdə,
Mən enirdim xəbərsiz.
Onu arzularına
Qaldırıdı nərdivan,
Məni xatirələrə endirirdi.
Bu zaman,
birimiz-günçıxana,
birimiz-günbatana…
Qalxa bilməzdim daha,
Nə o güc, nə o taqət.
O da enə bilməzdi.
Haqlı-haqsız, vermişdi öz hökmünü təbiət.
Gərək ya düşməyəydi,
Bu görüş heç araya.
Ya o əvvəl gələydi,
Ya mən sonra dünyaya.
Həmişə,yeri düşəndə demişəm ki,mənim qabağıma yaxşı adamlar çıxıb.Moskvada oxuduğum illərdə böyük türk şairi Nazim Hikmətlə gr idi.Nazim Hikmətin yanına gedim-gəlirdik.
Böyük türk şairinin xahişi ilə Bakıda mənə hələ ev də verdilər.O vaxt o küçə Bakıda Krupskaya adlanırdı.Mərhum aktrisa Münəvvər Kələntərlinin iki otaq lı eviydi.Amma qapısı dəhlizə açılırdı.Orada bir neçə il yaşadım.Sonralar Mir Cəlal müəllim Yazıçılar İttifaqından böyük oğlunun adına aldığı evi mənə bağışladı.Bu,1965-ci il idi.O vaxtdan burada yaşayıram.Tarixi evdi.Abidədi.Yadigardır.Bu evdə Mir Cəlalın ruhu var.
-Sizə təzə ev bağışlayıblar.Yenədə orada qalmağa üstünlük verirsiniz?
Çox razıyam.Ora mənim üçün əzizdir.
-O hiss haradan gəlib sizə?
Elə bilirəm ,Mir Cəlalal oradadır.Elə bilirəm, onun ruhu oradadır. Uzun illər sonra məni yenə Mir Cəlal Paşayevin oğlu işə çağırdı.Bu gün də Arif müəllimin yanında işləyirəm.Arif müəllim məndən üç yaş kiçik olmağına baxmayaraq, mənə atalıq edir.İnanın, səmimi deyirəm,o bir mənə yox, Akademiyada işləyən bütün müəllimlərə atalıq edir.Mir Cəlall müəllim də öz tələbələrinə elə idi,Arif müəllimdə elədir.Mən inanmıram ki,Mir Cəlal müəllimin aspirantları,tələbələri, onun evinə gelməsinlər.Püstə xanım evində çörək yeməyəni evindən yola salmazdı.Gəldin, çörək yeməlisən.
-"Ot kökü üstə bitər”.Balalarıda özlərinə oxşayib.
Inanın, mən ikinci belə bir ailə tanımıram.Mir Cəlal müəllim deyirdi ki,iş axtarma, adam axtar.Adam da mən.Gedək!O gedən gəlib mən bura çıxmışam.
-Nəriman müəllim, düşüncələr dənizindəki,mayakınız kim olub?
-Mən Qazaxın Poylu kəndində dünyaya göz açmışam.Biz orada gözümüzü açanda aşıq görmüşük.Bizim toylarımız aşıq məclısi olardı.Zurna və sazdan ibarət idi.Zurna Koroğlunu yada salır,saz isə Dədə Qorquddan üzü bəri gəlir.Əlbəttə ki,tar da,kaman da mənimkidir.
-Sazınız var?
-Bəli var.Bir iki hava da çala bilirəm. Yəni, xalq yaradıcılığından,aşıq yaradıcılığından aşıq Ələsgərdir,Əsli və Kərəmdir,Koroğlu dastanıdı.Bu dastanlarla böyüdüm.Və sonra əlbəttəki Səməd Vurğundur,Vaqifdir, onların dilidir.Bu gün Azərbaycan xalqı Vaqifin dilində danışır.On səkkizinci əsrdə yaşayan Vaqif bizə dil veribdir.Biz onun dilində danışırıq.Ruslar Puşkinin dilində, danışır.Yunanlar Homernin dilində danışır.Sonra mən elə bilirəm ki,Səməd Vurğunun dilində ,hətta patiyadan da,Ceyrananda, Muğandan da yazanda,hərəsində bir qoşma var Çox epik böyük poyemalarda da qoşmalar gedir.Onlar hamısı əvəzsizdir.
-Bütün sevgi şerlərinizin səbəbkarı Sara xanımdır,yoxsa?...
-Əlbəttə,həm də Sara xanımdır.Rəhmətlik bəzən küsərdi məndən.Amma həmişə evdən çıxanda arxamca su tökürdü.
-Xoş xatirələrdən danışardınız?
-Bir gün oturub işləyirdim.Birdən dedi: Nəriman, gəl gör nə gözəl diktor danışır.Gəldim ki,Ofeliya Sənani danışırdı.Gözəl xanımdır.Doğurdan da xeyli baxdım.Dedi:nə yaman çox baxdın.Dedim,özün çağırdın ki. Gəncədə bacım gildə qalırdım.Atamla anamın arasında yaş fərqi çox idi.Ata bacılarım var idi.Ata bacım mənə o,vaxt analıq edibdir.Sara da onun yoldaşının qardaşı qızı idi.Oda bacım gildə qalırdı.İndi Sara ilə bir evdə qalırıq.O,yeddinci sinifdə oxuyurdu,mən isə artıq institut tələbəsiydim.İkimiz evdə tək idik.Dedik, gedək görüşək.Görüşə gedək (gülümsədi),evdə heç kim yoxdur, hara gedək görüşə. Çıxmışıq vağzala,yolun o tərəfindən o gedir,bu tərəfindən də mən.Piyada getmişik düz şəhərəcən.Guya bizi görüb tanıyarlar.Əvvəla tanıyan yoxdur,görən yoxdur.Çıxdıq Gəncə körpüsünün üstünə,o tərəfdə o dayanır,bu tərəfdə isə mən, Çaya baxırıq.Guya biz görüşə çıxmışıq.Bir məsəl də deyim sənə. "Nabat xalanın çörəyi”n də istifadə etmişəm.Gecə bacım yatır.Saat üçdü biz yatmırıq.İndi bir evin içində bir-birimizə məktub yazırdıq..Kaş o,məktublar duraydı.Cırıb atırdıq ki,birdən görən olar.Bacım oyanırdı,soruşurdu qardaş niyə yatmırsan?Deyirdim, bacı, dərs oxuyuram.Hə,oxu!Baxırdı ki,Sara da yatmır.Qızım, niyə yatmırsan?Dərs oxuyuram.Hə oxu! Səhərə yaxın yatırdıq.Mən çox istəyirdim onu.O da məni istəyirdi.Gəncədə oxuduğum illərdə bir qız var idi, xoşum gəlirdi.Dedim Sara, o qızdan yaman xoşum gəlir get gör nətəridir.Gedib gələrdi,deyirdi nəyini sevirsən onu çirkin şeydi,üzündə nədir çil var.Qızları pisliyərdi mənə həmişə.
Hansı qızı nişan verirdimsə, pisləyirdi. Demə, bu ürəyində məni istəyirmiş. Sonralar özü deyirdi. Mən Moskvaya oxumağa gedəndə Gəncədə bacımgildə toyumuz oldu. Xəlillə (şair Xəlil Rza Ulutürk-red.) Firəngiz də gəlmişdilər. Biz də Sara ilə Salyana Xəlilin toyuna getdik. Xəlil mənim sağdışım oldu, mən də onun. Moskvadaydım. Tələbəydim. Burdan teleqram vurdular ki, qızın olub. Teleqramı gizlətdim. Gənciydim də. Öz-özümə deyirdim: "Niyə mənim qızım olsun? Gərək oğlum olaydı”. Üç gün sonra bu xəbəri birinci Hikmət Ziyaya dedim. Məni danladı: "Niyə gizlədirsən? Sən atasan artıq”. Sonra Məmməd Araz, Söhrab Tahir və bir neçə başqa dostumuz balaca məclis qurduq. Mənim ata olmağımı qeyd etdik. Onda Hikmət qızımın adını qoydu "Yaraşıq”. Teleqram vurduq ki, qızın adı Yaraşıq olsun. Sonra fikirləşdim, birdən yaraşıqlı olmaz, qıza söz-zad deyərlər. Anamın adını da vermədim. Onda belə baxırdım: anam hara, bu hara? Qızımın adını Xatirə qoydum.
- Oğul atası olanadək gənc atanın bu narazılığı, yəqin ki, ötüb-keçmişdi?
Hərəsinin öz yeri var. Oğlum qızımdan beş yaş kiçikdir. Oğlum Nazim də filoloqdur. Müdafiə edib. Başqa sahədə işləyir.
İndi görürəm, qızım anama oxşayır. Xasiyyəti, hərəkəti, müdrikliyi ilə eynən odur. Deyirəm, gərək, qızıma anamın adını qoyaydım. O mənim anamdır. Qızım konservatoriyada dərs deyir, baş müəllimdir. Hərdən mənə də dərs deyir.
-Məktubda nə yazırdınız?
Sevgi məsələsi idi,amma tamam ayrı-ayrı şeylərdi...Məsələn, yazırdıq ki,filan zavod belədir,filan məktəb belədir.
-Bu nədən irəli gəlirdi?
Bilmirəm.O vaxt mən çox utancağ idim.Bir başqa detal deyim sizə.İndi gəlmişəm Gəncəyə bacım gildə qalıram,bacım mənə iki kotlet, yanında da kartof qızartmışdı.İndi kotletin birini yeyirdim,ikincisini utanırdım yeməyə.Onu da deyim ki,kənd uşaqları çox yeyən olur,doyunca yeməyə utanırdım.Bir az keçirdi xəlvəti düşürdüm bağa orada yaxşı” peraşki” bişirirdilər.Oradan özümə beş” peraşki” alıb yeyirdim.Doyandan sonra evə çıxırdım.Bu dəfələrlə təkrarlandı.Bir gün qonşulardan biri məni
görüb bacıma demişdi.Yenədə çörəyimi doyunca yemədim,düşdüm xəlvəti "peraşki” alanda bacım əlini çiynimə vurub dedi:Dərdin alım, ay Nəriman, niyə evdə yemirsən?Bildi ki,utanıram.İyirmi altı yaşından anam dul qaldı.Ərə getmədi. Atam da istəməyib evlənsin,anamı bibim oğlu atama götürüb qaçıb.
İyirmi dörd yaşında altmış iki yaşlı kişi ilə ailə qurub.
Atam dünyadan köçəndə mənim bir yaşım olub.
Dayıma baxanda,ana tərəfim imkanlı adamlar olubdurlar.Onları sürgün ediblər,qardaşının birini güllələyiblər.O biriləri də qaçıblar. Anam kimsəsiz qalıb.İndi onların nəvələri Qara Çöp dədirlər.
-Bu sənət aləminə,şeriyyata gəlməkdə yol göstərəniniz kim olub?
Bir şeyi xatırladım sızə.Mən uşaq idim.Anamın əlinə baxıb demişdilər ki,sənin bir oğlun olacaq.O da tanınmış, adam olacaq.Amma sənə o,günü görmək nəsib olmayacaq.Elə də oldu.
Çox qəribədir. Görünür, tale var. Ancaq bir gecə oyandım. "Ağlaram” adlı şeir yazdım. Vidadiyə nəzirə idi
Bizim Bayram müəllimimiz var idi. Dedi ki, bizim Səməd Vurğundan sonra Nəriman gəlir… Bircə şeirim çıxmışdı.. Şeirə sevgilərinə görə belə deyirdilər.Şairliyim belə yarandı. Adamın ürəyini sığallasan, dahi yetişər, başına qapaz vursan, istedadı da ölər. Anam qorxurdu: "Yazma, qadan alım”, — deyirdi.
-Nəriman müəllim,sizin şerlərinizdə həm hisslər rol oynayır,həm də müəyyən bir süjet xətti olur.Sanki hər şey bir hekayətdir...Bu həqiqətdə belədirmi?
Nəriman müəllim doluğsundu,kövrəldi.
Doğurdanda elədir.Mənim gözəl anam olub.Ona gözəl deyəndə nədənsə inciyərdi.Deyirdim: ana, cavansan, niyə ərə getmədin.
Deyirdi ki,mənim sənin kimi öğlum var, neynirəm əri.Onun əllərinə ağ əlcək yaraşardı.Amma anam çox zəhmətkeş idi.
Anam özü yemirdi məni yedizdirirdi.Bir gün evdə iki qənd parçası qalmışdı.Anam mənə şirin çay hazırladı.Özü içmədi,dedim ana niyə sən də içmirsən?Dedi: mən içsəm qəndimiz qurtaracaq.
Anam özünün də, mənim də həyatımızın bütün sıxıntılarını, qayğılarını təkbaşına çəkmək üçün çarpışırdı.Bir gün uşaqlarnan Kür qırağında oynayırdıq. Kür daşmışdı, mərc gəldik: "Görək, kim Kürü qırdırma keçəcək”. Anam
gəlib üstümə çıxdı məni tutub əlində çubuq kürəyimə möhkəm vurub dedi:birdən Kür aparar, bəs onda mən nə edərəm?Həmin gündən soruşdu.Oğul, kürəyin ağrıyırmı?Deyirdim: yox.
Onun yuxudan nə vaxt durduğunu görməmişəm.Sübhdən oyaq olardı.Bu həqiqətdir adam anadan yetim qalır.
— Moskva mühiti, ikinci dəfə tələbə
olmağınız həyatınıza nələr gətirdi?
Mən o institutu fərqlənmə diplomu ilə bitirmişəm. 1961-ci il idi. Gəldim Bakıya.
Adam kimsəsiz olanda, kim olursa-olsun, fərqi yoxdur. Yenə işsiz qaldım.
Piyada qalxmışam ,o pillələri,
Liftdə qalxanları görə-görə mən.
-Nəriman müəllimin bizim görmədiyimiz daxili dünyasında daha nələri var?
Daxilimdə özüm görmədiyim çox şeylər var.
-Hal-hazırda ürəyinizdə işlədiyiniz nə kimi yeniliklər bizləri gözləyir?
Ömür həm çox, həm də azdır. Demək istədiklərim bir ömrə sığmaz.
-Fəsillər içərisində sizə ən çox sevdiyiniz, yaxın olanı hansıdır və nəyə görə?
Payızı çox sevirəm.Həyatım payıza oxşayır.
-Nəriman müəllim,sizinlə saatlarla söhbət etmək,sizi saatlarla dinləmək olar.Sonda ürəyinizdən keçən hansı sual səslənmədi və hansı sualın səslənməsini istərdiniz?
İşiniz uğur gətirsin!
Mehriban Məmmədzadə 42-CiParalel.Az