HEYDƏR ƏLİYEVİN EKOLOJİ SİYASƏTİ UĞURLA DAVAM ETDİRİLİR

Milli lider hər bir xalqın taleyində nadir hadisə, fenomendir. Tarixi təcrübə göstərir ki, liderlik keyfiyyətlərinə malik şəxsiyyətlərin yetişməsində mühit və hadisələr başlıca rol oynayır. 1969-cu ilin iyulundan ümummilli lider Heydər Əliyevin respublikanın rəhbəri vəzifəsində fəaliyyətinin ilk günlərindən aydın oldu ki, dahi şəxsiyyətin simasında Azərbaycan xalqı əsl milli liderini tapıb. Əsl həqiqət odur ki, 1969-cu ildən bəri Azərbaycan tarixinin böyük bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olub. Ulu Öndər Azərbaycanda rəhbər olduğu müddətdə bütün sahələrdə olduğu kimi ekoloji problemlərin həlli məsələlərini də daim diqqət mərkəzində saxlayıb. Dahi rəhbər ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə daim xüsusi qayğı ilə yanaşıb. Onun hakimiyyəti illərində ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət alıb və formalaşmağa başlayıb. Ekoloji, sanitar-epidemioloji vəziyyət gərgin xarakter daşıyırdı, yaşıllıqların sayı az idi. Yeri gəlmişkən ekologiyanın əsas amillərindən biri də təbii bitki örtüyüdür. 1970-ci ilə qədər Bakı şəhərində 3 min hektara qədər yaşıllıq sahəsi mövcud olub. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə yaşıllıqların sahəsi 3 mindən 17 min hektara çatdırılıb. Yaşıllıqların ekoloji balansının tənzimlənməsində vacib roluna böyük önəm verən Ulu Öndərimiz hələ 1970-ci illərdə müxtəlif çıxışlarında 20-ci əsrin sonuna qədər yaşıllıqların sahəsini 35-40 min hektara çatdırmağı perspektiv plan kimi qarşıya qoymuşdu.Heydər Əliyevin ekoloji siyasəti bu gün uğurla davam etdirilir.O cümlədən çirklənmiş torpaqlar rekultivasiy edilib. Sahələrdə meşələr və yaşıllıqlar salınıb, abadlaşdırma işləri aparılıb və digər zəruri tədbirlər həyata keçirilib. Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. Bu ənənə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Göründüyü kimi Ulu Öndər Heydər Əliyevin ətraf mühitin mühafizəsi sahəsində əsasını qoyduğu siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, görülmüş mühüm işlər ekologiya və ətraf mühitin mühafizəsi sahəsində də yeni nailiyyətlərin əldə olunmasına şərait yaradıb.