Ur (zob) və qalxanabənzər vəzininin xəstəlikləri, müalicəsi və profilaktikası.

{title

 Müsahibimiz: Milli ankologiya klinikasının həkimi Anar Əliyevdir

 

 -Qalxanabənzər vəz nədir, nə işə yarayır, bədənimizdə hansı funksiyanı yerinə yetirir?

Qalxanabənzər vəz boyunda nəfəs borusunun önündə adəm alması dediyimiz qığırdağın altında yerləşən kəpənəyə və ya qalxana bənzəyən kiçik bir orqandır. Çəkisi normada 12-20 qram, həcmi 12-20 ml-dir, ancaq sintez etdiyi hormonlar bədənimizdəki maddələr mübadiləsində çox önəmli funksiyalar yerinə yetirdiyinə görə gördüyü iş çox mühümdür. Bu səbəblə orqanizmamızda ölçüsünə görə ən çox qanla təhciz olunan orqanlardan biridir. Bu vəzin hər hansı bir səbəbdən həcminin böyüməsi və ya qruluşunun dəyişməsi el arasında ur xəstəliyi kimi bilinir (ur sözünü rus dilinə zob, ingilis dilinə goitre, amerika ingiliscəsinə goiter, türk dilinə guatr kimi tərcümə etmək olar). Qısaca vəzin adı qalxanabənzər, xəstəliyinin adı isə urdur.

-Ur (Zob) xəstəliyi nədir və orqanizmə nə kimi təsirləri var?

Qalxanabənzər vəzin gördüyü işdə bir dəyişiklik varsa bu hipertireoz (zəhərli ur) və ya hipotireoz (tənbəl ur) olaraq adlanar, yox əgər quruluşunda, anatomiyasında bir problem varsa bu da düyünlü ur, sadə diffuz ur kimi qeyd olunar. Bəzi xəstələrdə həm qalxanabənzər vəzin funksiyası, həm də anatomiyasında dəyişiklik olar. Ur xəstəliyi qadınlarda kişilərə görə 3-4 dəfə daha çox rast gəlinir, dünyada hər 4-5 qadından biri bu xəstəlikdən əziyət çəkir.

-Zəhərli ur (Graves-Bazedov xəstəliyi) nə deməkdir?

Tireoid vəzin normadan çox hormon ifraz etməsinə bağlı əmələ gələn kliniki vəziyətdir. Xəstə daha çox əsəbilik, ürək döyünmə, çox yeməsinə baxmayaraq arıqlama, tərləmə, əllərin bəzən də bütün bədənin titrəməsi, gözlərdə önə doğru böyümə, zəyiflik, isal kimi şikayətlərlə həkimə müraciət edər. Müalicəsində əsasən 3 üsuldan istifadə edilir Dərman müalicəsi: daha çox hamilə qadınlar, uşaqlar , vəzin həcmi kiçik olanlar və digər iki müalicə üsulunu qəbul etmək istəməyən xəstələrdə istifadə olunur. Propycil, Tirazol kimi dərmanlar verilir. Bu müalicədən sonra xəstəliyin təkrarlama riski yüksəkdir. 

Radioaktiv yod müalicəsi (Yod-131): xüsusilə spesifik olaraq qalxanabənzər vəz toxumasında toplanan və radioaktiv maddə olduğu üçün vəzin toxumasını ləğv edən bir maddədir. Bu müalicə xüsusi şəraitdə və radionuklid terapiya şöbəsində xüsusi ixtisaslaşmış mütəxəssislər (nuklear tibb uzmanları) tərəfindən verilir. İstifadəsi çox rahatdır, buna görə Amerika Birləşmiş Ştatlarında xəstələrin 90 faizindən çoxu bu müalicəni seçir.

Cərrahi müalicə: müasir dövürdə xəstəliyin təkrar olunmaması üçün daha çox total və ya totala yaxın tireoidektomiya əməliyatı icra olunur. Əməliyatın riskli tərəfləri səs tellərinin zədələnməsi və qalxanabənzər vəzə çox yaxın yerləşən bədəndə kalsium metabolizmasını tənzimləyən qalxanabənzər ətraf vəzlərin (paratireoid vəz) çıxarılmasına bağlı əmələ gələbilən qalıcı və keçib gedən hipokalsemiya (qanda kalsiyumun miqdarının azalması) olabilər.

-Tənbəl yəni zəyif funksiya göstərən ur nə deməkdir?

Qalxanabənzər vəz hormonlarının qanda az olmasına hipotireoidi və ya hipotireoidizm deyilir. Bir çox səbəbləri və növləri vardır. Ən çox görülən autoimmun tireoiditlər nəticəsində əmələ gələn hipotireoididir. Diaqnozu düzgün qoyulduğu zaman müalicəsi dərman vasitəsi ilə mümkün olur. Bu əlamətlər sizdə varsa mütləq qalxanabənzər vəzin hipotireoidizm şüphəsi ilə araşdırlması lazımdır: halsızlıq, yorğunluq, yuxuya meyillilik, saç tökülməsi, çəkinin səbəbsiz olaraq artması, arıqlaya bilməmə, dəridə quruluq, üşümə və sair.

-Düyünlü ur nədir? İncə iynə aspirasiya biyopsiyasına (İİAB) nə zaman göstəriş var?

Qalxanabənzər vəzin düyünlü urlarının təxmini rastgəlmə tezliyi 3-7 % təşkil edir. Bu rastgəlmə tezliyi qadınlarda 6.4%, kişilərdə isə 1.5% -dir. Son illərdə USM-nin geniş yayılması ilə birlikdə kliniki olaraq görülə bilməyən düyünlərin sayı artmışdır. Qalxanabənzər vəzin düyünləri qadınlarda, qocalarda, radiasiyaya məruz qalanlarda və yod əksikliyi olan bölgələrdə daha çox görülür. Amerika Birləşmiş Ştatlarında hər il təxmini 300 000 yeni düyün aşkarlanır. Bu düyünlərin təxminən 5 faizi düyünün ölçülərindən aslı olmayaraq bəd xassəlidir. Bu törəmələrin 90-95%-i xoş xassəlidir və bədxassəli törəmələrdən ayrılabilməsi üçün düyündən iynə biyopsiyası alınıb patohistoloji müayinə ilə çox zaman asanlıqla diaqnoz qoyulması mümkündür.

USM-də tireoiddə düyün izlənmişsə düyünün ölçüsü 1 cm-dən kiçiksə və USM əlamətləri şüphəli deyilsə sadəcə 6 ayda bir dəfə kontrol müayinə kifayətdi. Əgər düyün 1 cm-dən böyüksə o zaman TSH analizi olunmalı, TSH normalsa incə iynə aspirasiya biyopsiyası (İİAB) TSH aşağıdırsa tireoid sintiqrafiyası məsləhətdir. İİAB nəticəsi xoş xasəli olarsa bu düyünləri sadəcə 3-6 ayda bir kontrol məsləhət görülür. Sadəcə 5-10% halda biyopsiya bəd xassəli və ya şüphəli gəlir o zaman xəstələrə cərrahi əməliyat məsləhət görülməlidir. Bundan başqa müasir təbabətdə yalnız düyün 4 cm-dən böyüksə və xəstəyə boğulma, tənginəfəslik kimi simptomlar verirsə o zaman cərrahiyə əməliyatı düzgün müalicə prinsipi olaraq qəbul edilir.

-Qalxanabənzər vəzin bəd xassəli şişlərində proqnoz və müalicə taktikası necədir?

Qalxanabənzər vəzin bəd xassəli törəmələrinin 95%-nə yaxını yüksək diferensiya edən şişlərdir. Hal hazırda bu məqsədlə düynyada ən çox istifadə edilən dərman maddəsi radioaktiv Yod-131 (I-131) adlı preparatdır. Bu şişlərin böük əksəriyəti radioaktiv Yod-131 müalicəsinə tabe olur və xəstəliksiz yaşama şansı 95-98% kimi çox yaxşı proqnoza sahib olurlar. Qalxanabənzər vəzin diferensiyal xərçəngi diaqnozu olan xəstələrdə Yod-13 müalicəsinin məqsədi cərrahi əməliyatdan sonra qalan tireoid toxumasını və əgər bədənin qalan yerlərinə də xəstəlik yayılıbsa həmin metastazları ləğv etməkdir.

-Ur xəstəliyinə şüphə olan xəstə nə etməlidir?

Ümumilikdə hər bir insan buna yeni dünyaya gəlmiş körpələr də daxildir. Qalxanabənzər vəz xəstəliyinə şüphə varsa və ya profilaktika məqsədi ilə qanda TSH, sərbəst T4, AntiTpo analizi və əgər olduğu yerdə şərait varsa USM müayinəsindən keçməlidir.                                                          

                                                                              Mehriban Məmmədzadə.