Qadınları çox sevirəm.....

{title

 Müsahibimiz: Azərbaycan Yazıçılar Birliyinin  katibi, PEN klubun vitse-prezidenti, hüquq elmlər  doktoru, ”Şöhrət” ordenli Cənab Çingiz  Abdullayevdir.


 

-Çingiz müəllim, hüquq təhsili almısınız, elmi dərəcəniz var, amma yazıçı kimi məhşurlaşmısınız. Bunun əsas səbəbi nədir?

Bilmirəm. Mənim peşəm mənə həmişə kömək edib. İşdədə, həyyatımdada, yaradıcılığımdada. Mənim hüquqşünas olmağım geniş kruqazor verir. Qanunları, maliyyə məsələlərinidə yaxşı bilirəm, o biri tərəfdən də kitablarımın əksəriyyəti dedektiv durur, təbii ki, bu da mənim peşəmlə bağlıdır.

-Maraqlıdır, tez-tez xarici səfərlərdə olursunuz, həm məsul vəzifə daşıyırsınız, necə çatdırıb yazırsınız, bəlkə əsərlərinizi yazanda sizə kimsə kömək edir? 

Mən istərdim ki, olsun.

-Bəs bu enerji, qüvvət haradandır?

Görünür nə isə varda. Mən sizə deyim bütöv ay mən şənbə, bazar gedəcəyəm xaricə. Beş gün burada işləyib, hər cümə günü oturub təyyarəyə harasa gedəcəyəm və elə etməliyəm ki, bazar ertəsi qayıdım Bakıya işimlə məşqul olum. 

-Bu qrafikanı özünüz- özünüzə qurursunuz?

Bilirsiz, dünya belədir, nəisə əldə etmək üçün sənin enerqiyan olmalıdır. Çaykovski deyirdi ki, tənbəl adam gözləyir ki, ilahi nə vaxt gələcək. Bunlar hamısı boş şeydir. Oturub işləməlisən. Mən özümdə başa düşməliyəm ki, nə isə olmalıdır 200 roman yazım. Doğurdanda buna enerji olmalıdır. Amma o biri tərəfdən görünür bir az istedad olmalıdır. Tərifləmirəm özümü, ümumiyyətlə yazıçı təvazökar ola bilməz. Biz istəyirik ki, bizi oxusunlar. Nəyə görə yazırıq? Təbbi ki, özümüz üçün yazmırıq, yazırıq ki, bizi oxusunlar. Amma o biri tərəfdən başa düşürəm ki, bu çoxdur, lap çoxdur yaxşı deyil deyirəm, amma əslində bəlkəm bir ildə mənim tiraja çıxan kitablarım bizdə 1800 yazıçı var bəlkə onların bir-belə roman yazmırlar mənim kimi. Düzdür bu həqiqətdir.

-Sizcə, Çingiz Abdullayevin əsərlərində qeyri-adilik nədir ki, onu bu qədər çox oxuyurlar?

 Səhv etmirəmsə kitablarınızın tirajı 27 milyonu keçibdir...... Bəli, 27 milyonu keçib 29 dildə. Bunu oxuculardan soruşmaq lazımdır. Mənim çox ölkələrdə köşklərim var. Moskvada, Ukraynada, Qazağıstanda, Litvada, Latviyada bunların hamısından xəbərdaram.

-Özünüz, öz haqqınızda da tam əminliklə deyirsiniz ki, bilirəm. Bilirdiniz ki, belə də olmalıdır? 

Yox, bunu heç kəs bilə bilməz. Məndən soruşanda istəyirsiz uşaqlar yazıçı olsun. Deyirəm Allah göstərməsin qəti sürətdə yox cavabı verirəm.

-Niyə?

Ona görə ki, min yazıçıdan biri uğur qazanır. Heç kəs qarant verə bilməz. Mən bilirəm ki, bu necə çətin peşədir və 1000 adamdan biri, ona görə yox ki, bilirsiz başa düşə bilmisən niyə bu yazıçının kitabı alınır, o birisilərini almırlar. Bakıda Nizami küçəsində mağaza var orada 42 min adlı kitab var. Yeganə adam ki, öz köşküm var o da Çingiz Abdullayevdir. Moskvadada belədir, düzdür Moskvada 6,7 adam var onların içində mənimdə köşküm var. Mənim gözümə heç kəs vurulmayıb. Ona görə salıblar ki, məni oxuyurlar və buna çatmaq çox çətindir, gündən-günə çətinliklər çoxalır ona görədə görün internetdə neçə milyard kitab var.Təbii ki, sən elə yazmalısan ki, sənin kitabına pul verib kitabını alsınlar.

-Çingiz müəllim, dedektiv Dronqa həyatda kiminsə prototipidi, yoxsa elə sizin arzuladığınız abstrakt dedektivdir?

-Yox təbiiki, abstrak deyil. Bilirsiniz görünür məndə bu hissiyyat var idi, yaxşı müstəntiq, yaxşı kəşfiyyatçı olsaydım bəlkə yaza bilməzdim. Görünür ola bilmədim kitablarımda özümdən yazdım və özümüdə belə şişirdib düzəltdim Dronqa. Amma bu biri tərəfdən də görünür çox uğursuzda olmamışam. Nə qədər ordenə, medallar, vəzifələr almışam. Görünür pis işləməmişəm. Bunu bilmək olmaz.

-Oxucularımıza nə yeniliklər var?

Çoxdur, bir neçə romanlarıma kino çəkilməlidi. Birini Yavər Rzayev çəkməlidir. Bir kinoda Moskvada çox tanınmış aktyor Yevqeniy Mironov var, onlar məndən icazə alıblar mənim kitabımı alıblar. İyun ayında iki təzə kitabım Fransada işıq üzü görəcək. Fransada ardıcıllıqla çox kitablarım çıxır. Türkiyədə, Daniyada, Latviyada təbii Rusiyada 6,7 təzə kitabım çıxmalıdır. Yəni çoxdur, bu gun səhər(25/02.2014)mənim altı təzə kitabım Azərbaycanda azərbaycan dilində işıq üzü gördü.

-Sizə gələn qanararların hamısını özünüz mənimsəyirsiniz?

Azərbaycanda alan qanararları bunu mənim tərcüməçilərim bilir hamısını uşaq evinə köçürdürəm. Axırıncı iki ildə Azərbaycanda mənimlə müqavilə bağlanıb 190 kitabımı Azərbaycan dilində buraxılır və hər kitaba təbii ki, müqavilə bağlayıb böyük qanarar alıram. Hər bir kitabım 1000 ya 2000 manatdır. Bu sirr deyil. Mən sevinirəm ki, 6 kitab Azərbaycan dilindədir. Mənə məlumat veriblər ki, 10 satılan kitabın 9 mənim kitabımdır. Mən fəxr edirəm ki, və bununla sübut etdim ki, Azərbaycan yazıçısı nəyəsə nail ola bilər. Bilirsiz mən indi bilirəm ki, bunu fəxrlə həmişə deyirəm ki mən Azərbaycanlıyam.

-Boş vaxtlarınızda nə ilə məşqul olursunuz?

Kitab oxuyuram 

-Hobbiniz nədir?

Hobbim çoxdur.

 -Marağınız nəyədir?

Marağım dünyanı gəzib, görmək. Dünyanın harasında olum gözəl qadınlarla tanış oluram. Gözəl qadınlar olmasa mən yaza bilmirəm. Yaradıcılıq isdər şairdə, isdər bəstəkarda, sevgi üstündə qurulubdur.

-Deyirlər eybəcər qadın yoxdur, bununla razılaşırsınız?

Çoxda razılaşmıram. Amma əslində belədir. Hamısı gözəl deyil, hamısını gözəl təsəvvür etmək olar. Baxır hansı gözlə baxırsan. Təbii ki, hər uşaq üçün onun anası gözəldir. Elə kişi var ki, baxırsan bunu nəyə görə sevir. Amma sevirdə…

-Sonda oxucularımıza nə deyə bilərsiniz?

Həmişə demişəm cavanlara mənim kitabımı oxumayın. Amma kitab oxuyun, kompyuteri öyrənsinlər, xxı əsr informasiya əsridir. Kitab oxumaqnan millətimizi, ordumuzu, daimə ayağa qaldıra bilərik. Bir günümü də dəyişmək isdəməzdim. Necə yaşamışam 1000 dəfədə yaşasaydım, belə yaşamaq istərdim.

-Çingiz müəllim, indiyə qədər neçə ölkədə olmusunuz?

79 ölkədə olmuşam. Avropada iki ölkə var olmamışdım. Lixtenşteyn, Albaniya. Lixtenşteyndə olmuşam, Albaniya isə qalıb. Amma Albaniyada mənim kitabım çıxıb.

-İnşallah Abaniyanıda görərsiniz.

Çox sağ olun.

-Mətbəxnən aranız necədir?

Çox gözəldir. Bizdə xüsusi aşpaz var. Dünyada 10 gözəl restoran varsa onların 8-də mən olmuşam və hamısından çox mən yerliçiyəm və mən çox xoşlayıram. Azərbaycan  Bakı xörəklərini.

-Məsələn,hansı yeməyi?

Düşbərəni, qutabı, xingalı.

-Sevdiyiniz rəng?

Qara.

-Hədiyyə sevməyi sevirsiniz, yoxsa almağı?

Almağı heç sevmirəm, hədiyyə bağışlamağı sevirəm.

Mənə nəsə gətirəndə katibələrim yola salırlar ki, olmaz.

-Tez-tez hədiyyə bağışlayırsınız? Yəqin ki, qadınlar üstünlük təşkil edir?

Bəli, tamamilə doğrudur. Bilirsiniz çox maraqlıdır. O,gün ki, mən başa düşsəmki mən qadınları sevmirəm, həmin gün mən yazıçı kimi ölərəm. Heç vaxt, heç nəyi yaza bilmərəm. Bu məndən asılı deyil.Bu hiss olmasa mən heç nə yarada bilmərəm. Yaradıcılıq sevgiylə bağlıdır.

Qadınları sevməlisən bu olmasa heç nə yaratmaq olmaz.


-Həyatınızda qadınlar çox olub?

Çox.

-Sevginiz qarşılıqlı olub?

Mən kitablarımın birində yazmışam ki, məni sevən qadınlara və məni sevməyən, özünü görsədən kimi, guya məni sevən qadınlara KİTABIMI HƏSR ETMİŞƏM.

-O, sevməyən qadınları məcbur edən nədi ki, sizə yalan sevgi bildirirlər?

Populyar adam belədir, nə qədər qadınlar gəlirlər ki, şəkil çəkdirək, qadınlardan ən azı hərgün 15 məktub alıram. Bu realdır.

-Sonda jurnalımıza ürək sözünüz?

Sevinirəm ki, jurnalda belə gözəl baş redaktor var. Arzu edirəm ki, daha böyük uğurlar olsun.

 

 

                                                                                                          Mehriban Məmmədzadə.